525.Az

Azərbaycanın sığorta bazarı 29 faiz böyüyüb


 

Azərbaycanın sığorta bazarı 29 faiz böyüyüb<b style="color:red"></b>

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 846,854 milyon manat sığorta haqqı toplanılıb.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29,3 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 345,796 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,9 faiz çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,3 manat olub.

 





22.09.2023    çap et  çap et