525.Az

DİN şadlıq evindəki partlayışla bağlı məlumat yayıb


 

DİN şadlıq evindəki partlayışla bağlı məlumat yayıb<b style="color:red"></b> Daxili İşlər Nazirliyi Bakıda şadlıq evində baş vermiş partlayışla bağlı məlumat yayıb.

525.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 15-də saat 15 radələrində paytaxtın Nizami rayonu Çobanzadə küçəsində yerləşən “Sultan” şadlıq sarayının həyətində məişətdə istifadə edilən qaz balonunun sızmasından ani partlayış baş verib. Orada təmizlik işləri aparan Bakı şəhər sakini Əlif Əhmədov və Şamaxı rayon sakini Tural Comərdov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. T.Comərdova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Ə.Əhmədovun vəziyyəti ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.
 





16.08.2014    çap et  çap et