İngiltərədə təxminən 24 min həkim maaş artımı ilə bağlı hökumətlə davam edən mübahisə səbəbiylə 2 günlük tətilə çıxıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, maaş artımı və iş şəraiti ilə bağlı hökumətlə fikir ayrılığına görə bu il üçüncü dəfə tətilə çıxan həkimlər maaşların inflyasiyadan 11 faiz yuxarı artırılmasını tələb edirlər.
İngiltərə səhiyyə naziri Steve Barclay müstəqil əmək haqqını nəzərdən keçirən qurumun tövsiyəsinin təxminən 8,8 faiz olduğunu müdafiə edir.
Qeyd edək ki, həkimlərin 2 günlük tətili müddətində yalnız təcili yardım xidmətləri göstəriləcək. Təcili olmayan əməliyyatlar və görüşlər də daxil olmaqla, gündəlik xidmətlərin əhəmiyyətli dərəcədə pozulacağı gözlənilir.
Malik Atilay