|
|
|
|
ABŞ müdafiə naziri Lloyd Ostin ABŞ-nin "Abrams" tanklarının tezliklə Rusiyaya qarşı döyüşən Ukrayna ordusu tərəfindən istifadə ediləcəyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin müdafiə naziri Ostin Almaniyanın Ramşteyn bazasında keçirilən 15-ci Ukrayna Müdafiə Əlaqə Qrupu toplantısından əvvəl çıxış edib.
“ABŞ-nin əvvəllər öhdəlik götürdüyü "M1 Abrams" tanklarının tezliklə Ukraynaya daxil olacağını elan etməkdən məmnunam”, - Ostin bildirib.
ABŞ və digər tərəfdaşlarının Ukraynaya müdafiə dəstəyi öhdəliyinin 76 milyard dolları keçdiyini bildirən Ostin bu ölkəyə dəstəyin davam edəcəyinə söz verib. O, həmçinin ABŞ-də ukraynalı pilotlar üçün təlimlərin başlayacağını açıqlayıb.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi 31 "M1 Abrams" tankını Ukraynaya tədarük edilmək üçün may ayında Almaniyanın Grafenwoehr şəhərinə göndərib.
Malik Atilay