Yaponiyanın Baş naziri Kişida Fumio ölkəsinin nüvə silahı olmayan dünya məqsədinə çatması üçün 3 milyard yen (20 milyon dollar) yardım edəcəyinə söz verib.
525.az xəbər verir ki, Yaponiyanın Baş naziri Kişida Nyu-Yorkda BMT-nin 78-ci Baş Assambleyasında çıxışında ölkəsinin nüvə silahı olmayan dünya vizyonu üçün səy göstərəcəyini bildirib.
Çoxşaxəli yanaşma nüvə tərksilahına dair qlobal tendensiyanı saxlamaq üçün vacibdir deyən Kişida, Yaponiyanın nüvə silahı olmayan dünya üçün 3 milyard yen (20 milyon dollar) məbləğində maliyyə ayıracağını qeyd edib.
BMT Təhlükəsizlik Şurasının islahatının həyata keçirilməsi üçün səylərə töhfə verməyə davam edəcəklərini ifadə edən Kişida, bölünmə və qarşıdurma yerinə əməkdaşlığa əsaslanan bir dünya yaratmağın vacibliyinə diqqət çəkib.
Məhəmməd Tağıyev