|
|
|
|
Sanksiya rejiminin yumşaldılması və ABŞ-nin öz öhdəliklərini yerinə yetirməsi İran və Vaşinqton arasında müsbət razılaşmaya yol aça bilər.
525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi mətbuat konfransında danışıb.
"Əgər amerikalıların öhdəliklərini yerinə yetirmək istəyi varsa, bu, şübhəsiz ki, problemlərin həllində irəliləyiş üçün etibarlı əsas ola bilər", - deyə siyasətçi deyib.
Qeyd edək ki, bundan əvvəl İbrahim Rəisi Rusiya ilə hərbi, iqtisadi, siyasi, texnoloji və ticarət sahələrində əməkdaşlığın davam etdiriləcəyini bəyan edib.
Havar Şəfiyeva