Kanadanın Baş naziri Castin Trüdo Ukrayna Prezidenti Vladimir Zelenskinin sentyabrın 21-dən 22-dək ölkəyə səfər etdiyini açıqlayıb.
525.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, Baş nazir Trüdo, Kanadanın Ukraynaya hərbi, iqtisadi, humanitar və inkişaf dəstəyini davam etdirdiyini təsdiqləmək üçün Zelenski ilə görüşüb.
Qeyd edək ki, bundan əlavə Kanadanın paytaxtında iki ölkə arasında iqtisadi əlaqələrin davamlı şəkildə gücləndirilməsini nəzərdə tutan sazişin imzalanma mərasimi keçirilib.
Havar Şəfiyeva