525.Az

Qubada bir neçə obyekt yandı


 

Qubada bir neçə obyekt yandı<b style="color:red"></b>

Qubada bitişik olan bir neçə obyekt yanıb.

Bu barədə “525.az”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Quba rayonunun Aşağı Atuc kəndində ümumi sahəsi 70 m² olan mağazanın yanar konstruksiyaları, bitişik ümumi sahəsi 80 m² olan restoranın yanar konstruksiyaları 50 m² sahədə, bitişik ümumi sahəsi 10 m² olan köşkün içərisində çəlləklərə yığılan 500 litr benzin yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





24.09.2023    çap et  çap et