525.Az

Amerikalıların bu qədəri Baydeni bəyənir - STATİSTİKA


 

Amerikalıların bu qədəri Baydeni bəyənir - <b style="color:red">STATİSTİKA</b>

Co Baydenin ABŞ Prezidenti kimi bəyənilmə reytinqi yeni rekord qırıb.

525.az xəbər verir ki, bu barədə "NBC" telekanalı sentyabrda aparılan araşdırmaya istinadən məlumat yayıb.

Qeydə alınmış seçicilərin 41 faizi Baydenin fəaliyyətini bəyənir, seçicilərin 56 faizi isə onu rədd edir. Bu rəqəm Baydenin prezidentliyinə gələndən bəri onun ən yüksək göstəricisidir.

Araşdırmaya əsasən seçicilərin 74 faizi isə 80 yaşlı Baydenin yenidən seçkilərdə qalib gəlmək üçün lazımi əqli və fiziki sağlamlığına malik olmadığından ciddi narahatdır.

Qeyd edək ki, sorğu 2023-cü il sentyabrın 15-dən 19-dək amerikalılar arasında telefonla aparılıb. 

Havar Şəfiyeva

 





25.09.2023    çap et  çap et