525.Az

Kiyev Rusiyanın göndərdiyi yükün humanitar yardım olduğunu etiraf edib


 

Kiyev Rusiyanın göndərdiyi yükün humanitar yardım olduğunu etiraf edib<b style="color:red"></b>

Ukrayna hakimiyyəti Rusiyadan gələn avtomobil karvanındakı yükün humanitar yardım olduğunu etiraf edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilir.
 
Ukrayna sosial siyasət naziri Lyudmila Denisova Rusiya yükünün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) himayəsi altında humanitar yardım olması barədə əmr imzalayıb. Humanitar yükü   alan tərəf BQKX-nın Ukraynadakı missiyasıdır.

 





17.08.2014    çap et  çap et