525.Az

Hərbçilər yol qəzasına düşdülər


 

Hərbçilər yol qəzasına düşdülər<b style="color:red"></b>

Azərbaycan Ordusunun zabiti və giziri yol qəzasına düşüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Abşeron rayonunun Hökməli kəndi ərazisində baş verib.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbçiləri – zabit Elnur Telman oğlu Əliyev və gizir Salam Akif oğlu Abdullayev avtomobil qəzasına düşüblər. Hər iki hərbçi hərbi hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 





05.11.2012    çap et  çap et