525.Az
Pakistanın baş nazirinə cinayət işi açıldı
Pakistanın Lahor şəhər məhkəməsi “Pakistan Xalq Hərəkatı”nın fəallarının ölümündə əli olması ittihamı ilə ölkənin baş naziri Navaz Şərif və daha 20 yüksək vəzifəli şəxs barəsində cinayət işinin başlanması barədə qərar verib.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Tahir Kadrinin lideri olduğu müxalif “Pakistan Xalq Hərəkatı”nın fəalları və polis arasında toqquşmalar iyunun 17-də baş vermişdi.
İddialara əsasən, etirazçıların ayaq nahiyəsindən atəş açmaq əmri almış asayiş keşikçiləri aksiya etirazçılarını gülləbaran edib. Nəticədə, azı 11 nəfər ölüb, 100-dən çox etirazçı yaralanmışdı.
17.08.2014
çap et