525.Az

Bu dəfə kim öləcək?


 

Bu dəfə kim öləcək?<b style="color:red"></b> "Arsenal"ın futbolçusu Aron Remsi son bir neçə ildir ki, hər dəfə qol vuranda bir tanınmış şəxs ölür.

Lent.az-ın məlumatına görə, uelsli futbolçu dünən İngiltərə çempionatının ilk turunda "Kristal Palas"la oyunda da qol vurdu və komandasına qələbə qazandırdı. İndi dünya bu qoldan sonra yenə hansısa məşhurun öləcəyini gözləyir.
 
Aron Remsinin vurduğu qollar və buna uyğun olaraq baş vermiş məşhur ölümlərini təqdim edirik:
 
1 may 2011-ci ildə "Arsenal" -Mançester Yunayted" görüşündə Remsi qol vurdu və "Əl-Qaidə'"nin lideri Usama Bin Laden öldü.

2 oktyabr 2011-ci ildə "Tottenhem" ilə matçda Remsi qol vurur və 3 gün sonra Stiv Jobs vəfat edir.

19 oktyabr 2011-ci ildə "Marsel" ilə oynanılan matçda Remsi qol vurur və ertəsi gün Liviya lideri Qəddafi öldürülür.

11 fevral 2012-ci ildə Remsi "Sanderlend"ə qol vurur və həmin günün axşamı məşhur müğənni Vhitney Hyuston ölür.

10 Avqust 2014 tarixində Remsi "Mançester Siti"yə qol vurdu ve bir gün sonra aktyor Robin Uilliams vefat edir.

Dünən Remsi "Kristal Palas"la oyunda qələbə qolunu vurur... Gözləyək.
 





17.08.2014    çap et  çap et