525.Az

Dünyanın ən məşhur tikililəri - ARAŞDIRMA


 

Dünyanın ən məşhur tikililəri - <b style="color:red">ARAŞDIRMA</b>

Günümüzdə binalar, evlər, yollar və s. kimi tikililərin sayı artmaqda davam edir. Bir şəhərin gözəlliyini əks etdirən isə məhz bu tikililərdir. Bu tikililər əsrlər boyu qorunaraq öz ölkələrinin rəmzinə çevrilib.

525.az olaraq sizlərə dünyanın ən məşhur tikililərini təqdim edirik.

1. Azadlıq heykəli - (Nyu-York, ABŞ)

Azadlıq heykəli (Statue of Liberty)  Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-ə hədiyyə edilmişdir.

2. Eyfel qülləsi - (Paris, Fransa)

Eyfel qülləsi 1887-1889 illəri arasında Qüstav Eyfel tərəfindən inşa edilmişdir. 330 metr hündürlüyündə olan qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir.

3. Çin səddi - (Çin)

214-cü ildə inşa edilən bu səd Çini düşmənlərdən qorumaq məqsədi daşıyıb. 21.195 km uzunluğunda olan bu tikili 12 bölgəni əhatə edir.

4. İsa Məsihin heykəli - (Rio de Janeyro, Braziliya)

1931-ci ildə hazır olan 38 metr hündürlüyündə olan bu heykəl  Rio de Janeyro şəhərində Korkovado dağının üzərində ucaldılıb.

5. Kəbə - (Məkkə, Səudiyyə Ərəbistanı)

Kəbə İslamın ən mühüm məscididir və Səudiyyə Ərəbistanın Məkkə şəhərində bir binadır. Bu bina hər il milyonlarla insana ev sahibliyi edir.

6. Biq Ben - (London, Böyük Britaniya)

13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında Britaniyanın səsi adlandırırlar. Biq Ben həmçinin Britaniyanın fəxri və rəmzi sayılır.

7. Kolizey - (Roma, İtaliya)

Tikinti eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır. Kolizey qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır.

8. Budda Bahar Məbədi - (Luşan qraflığı, Çin)

Budda Bahar Məbədi öz adını yaxınlıqdakı Tianrui isti bulağından götürür. Vairokana Buddanın şərəfinə ucaldılmış abidənin hündürlüyü 128 metrdir.

9. Piza qülləsi - (Piza, İtaliya)

1360-cı ildə tikilmiş qüllə zənglərdən ibarət olan bir qaladır və Santa Mariya Assunto kilsəsinin şəhər ansamblının əsasını təşkil edir.  Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metrdir və ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır.

10. Sidney Opera Teatrı - (Sidney, Avstraliya)

Tikili Sidney şəhərinin Bennelonq Poynt limanında, Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşir. Avstraliyanın ən məşhur görməli yerlərindən biri olan teatr Danimarkalı memar Yorn Utson tərəfindən layihələndirilmişdir.

Məhəmməd Tağıyev

 





26.09.2023    çap et  çap et