525.Az

27 sentyabrın sübh şəfəqləri


 

27 sentyabrın sübh şəfəqləri<b style="color:red"></b>

Düz 27 il hər Yeni ili qarşılayanda "Gələn il bu vaxt..." - dedik. İldən-ilə də səsimiz daha ümidsiz, daha inamsız çıxırdı. Bir gecikmə duyğusu vardı. 27 dəfə təkrarlanan fraqment... Biz Azərbaycanı - sərhədlərimizi, xəritəmizi, 10 milyonun və bütünlükdə dünya azərbaycanlılarının varlığını işğala qədər və sonrakı dövrlərə bölüb, bu acı reallıqla onillikləri ötürdük. Müharibə haqqında olan ədəbiyyatı oxuya-oxuya böyüdük. Paradoks da olsa, "müharibə özü ilə ölüm, əsirlik, səfalət gətirdiyi qədər mədəniyyət də gətirir". Bir sıra uğurlu sənət əsəri məhz bu mövzuda işlənib. 1937-ci ildə Pablo Pikasso "Gernika" adlı rəsm çəkir. Bu rəsmdə İspaniya vətəndaş müharibəsi zamanı Üçüncü Reyxin Gernika şəhərini bombalaması təsvir olunur. Rəssamı Gestapo adından sorğu-sual edən alman zabiti "Gernika"nı göstərib "Bu, sizin əsərinizdirmi?", - soruşur. Pikasso "yox, sizin əsərinizdir" - deyir. Pikassonun məsəli, düşmənlərimiz də öz bəd əməllərinin sonucu kimi 2020-nin 27 sentyabrında başlanan savaşdan bəri zarıya-zarıya qalıblar.

1941-45-ci illər müharibəsi sovet ədəbiyyatının sevimli mövzularından idi və necə lazımdı, işıqlandırılmışdı. Ancaq bir də bu duruma düşəcəyimiz, elə özümün bu barədə və bu qədər çox yazacağım heç ağlıma gəlməzdi.

Sentyabrın 26-dan 27-nə keçən gecə votsap qruplarıma qəribə mesajlar gəlməyə başladı. "İman əhli olan hər birinizdən istəyim budur ki, millətimizin oğullarına dua edəsiz", "Allah bizi sındırmasın!", "Ya Qarabağ, ya ölüm", "Bizim qohumlardan 3-4 nəfər gedib" kimi... Heç nə anlamasam da, yayda təmas xəttinə yaxın yaşayanlardan müharibəyə üstüörtülü işarə xəbərləri edildiyini xatırladım və yenə də inana bilmədim... 27 sentyabrın dan yeri isə sökülür, sübh şəfəqləri dünyanı aydınladırdı...

Sabah... Sabah - ümiddir, gözləntidir, tanrıdan umacaqdır, başlanğıcdır. Siqaret çəkən "sabahdan" tərgidir, pəhrizə sabahdan qərar verilir, iki alan şagird sabahdan oxumağa başlayır, gecikmək azarına tutulan "sabahdan gecikməyəcəyəm", - deyir. Bizim "Uşaqlar - Canavarlar" da "Səfər bizim, Zəfər Allahın" deyib şərəfli yola sabahdan çıxdılar...

Deyirlər, pis hadisələr qəfil baş verir. Elə yaxşı hadisələr də! Gələcək birdən-birə gəldi. 27 sentyabr uzun illərdə (366 gün) təqvimin 271-ci günü kimi hesablanır. "Qəhrəmanımız" olan  2020-ci ildə olduğu kimi... İlin sonuna 96 gün qalırdı. Qələbəmizə isə 44 gün. Və biz bundan xəbərsiz idik... Ermənilər də 30 il ərzində külli Qarabağda basdırıb üzərində oturduqları minaların partladılma vaxtının çatdığından... Tarixin bu günündə dünyada baş verən, tarixi dəyişən hadisələrin birinin artacağını da bilmirdik.

Beləcə yaşayıb gedirdik. "Yaşamaq" demək mümkün idisə... Düz 27 sentyabra, axının gətirdiyi təzə nəfəsə qədər. Bu istirahət günü 30 ilin sıradan bir günlərindən də ola bilərdi. Lakin olmadı! 30 il sonraya qurulmuş taymer gurultu ilə işə düşdü. Məğlub tərəf kimi yatıb Qələbə əzmi ilə oyandıq. Bir günün içində böyüdük. Və həyatımızda hər şey 360 dərəcə dəyişdi. İlk itən, yoxa çıxan internet idi. Nə bir deyinən oldu, nə bir narazılıq edən! "Belə məsləhətdir", - dedik. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" - ancaq bu cür ola bilərdi. VPN-lər işə düşdü... Açmasını bilmədiyimiz abreviatur kimi dilimizə, şübhəli, təhlükəli olduğu söylənilən əməliyyat kimi telefonlarımıza...

Hamı bir-birinə "virtual tunel" yükləməyə kömək edirdi. Əsl həmrəylik idi. Yaşadığımız, vuruşduğumuz o ekstraordinar müddətin qiyməti elə əvvəldən verilib və gələcəkdə daha çox bilinəcək. 44 günü 10 milyonluq bir ailə kimi yaşadıq.

Son 30 ildə o qədər acı çəkmişdik ki, ürəkdən sevinməyi də unutmuşduq. Bizi az qala inandırmışdılar ki, zəifik, heç kimik. Qaçqın, köçkün yox, xalq kimi itkin düşmüşdük. Özümüzü tapa bilmirdik... Bir o qalmışdı ki, ermənipərəst qüvvələr (bu nisbət dünyanın böyük əksəriyyətini təşkil edirdi) təcavüzkara haqq verib 27 illik işğalı "ləyaqətli işğal" adlandırsınlar. Sonradan düşmənin məğlubiyyətini "ləyaqətli məğlubiyyət" adlandırdıqları kimi"... Necə ki, Dağlıq Qarabağa aid olmayan 7 rayonumuzu "işğal altında" olan yox, "təhlükəsizlik kəməri", "ehtiyat aeredrom", "ətraf rayonlar" kimi təqdim edirdilər (Əvvəllər. Harınlaşandan, ayaqları yer tutandan, adları qulaqlarına dəyəndən sonra isə Laçını "berdzor", Kəlbəcəri "karvaçar" edib "türk işğalından azad etmişik", deyirdilər). "Qarabağ Ermənistandır..." Gördük. "DQR" müstəqil ərazi vahididir"... Güldük. Bizim isə 92-də səpələdiyimiz daşları bir-bir yığdığımız, 30 üzüqara ilin təqvimini hər gün qırmızılayıb, xəritəmizin yaşılını artıraraq yenilədiyimiz zamanımız gəlmişdi. Belə bir məşhur aksiom var: Müharibəyə beş dəqiqə tez başlamaqdansa, beş il gec başlamaq məsləhətdir (Necə ki, qələbə yarım saat artıq dözənindir). Ya səbr! Biz isə ortaya peyğəmbər səbri qoyduq, "ya səbr" deməkdən səbr ağacına döndük, qəlbimizin qanında boğula-boğula yeni rekorda imza atdıq... 27 il üfüqə zillənib "birdən görünər...", - deyə axtara-axtara gözümüzün kökünü saraltdıq, qızartdıq, göyərtdik. Dörd il qabaq ümid qığılcımı kimi dörd gün yanıb sönsə də (biz o 4 günün haqqını 4 il sonra verəcəkdik, çünki o 4 gün düşmənin sirrini faş etdi. Onların nə qədər zəif, özümüzün necə güclü olduğumuza bizi inandırdı. Əslində, ermənilərin məğlubiyyəti 2020-nin noyabrında yox, heç 2016-nın aprelində də yox, "miatsum"  qışqırdıqları 80-lərin sonlarından  qabaq, qara-qara düşündükləri tox-rahat 70-ci illərdə başlamışdı), yenə də nəhayətsiz bədbinliyə qərq olduq. Yenə bomboz üfüqlər, yenə ümidsiz sükunət... Qarabağ müharibəmizdə istər özümüzün, istər düşmənlərimizin, eləcə də beynəlxalq icmalçıların müşahidə etdiyi çoxsaylı simvollardan biri də (şəxsən özümün tapdığım) döyüşlərin məhz 27-si tarixində start götürməsidir (Rəqəmlərin də öz mistikası var. Bu günü hələ 27 il əvvəl bron eləmişdik). Biz diplomatiya, anlaşma, humanizm, mədəniyyət deyib 27 (!) uzun il ürəyimizin yağını əridə-əridə gözlədikcə, düşmən "yeni müharibə, yeni ərazilər" - deyib getdikcə azğınlaşır, artıq işğalçı ampluası da ona darlıq edirdi. Bu, sonun başlanğıcı idi. Və günlərin gözəl bir günü olan müqəddəs (!) 27 sentyabrda 8 noyabr zəfərinə doğru görünməmiş, eşidilməmiş birlik duyğusu ilə dəmir yumruğa dönüb əks-hücuma keçdik! Hər şey incəldiyi yerdən qopar, zülm qalınlaşdığı yerdən. Başa düşdük ki, "boğulanlara kömək etmək də elə boğulanların öz işidir". Xilasımız özümüzdədir! Polad artıq bərkimiş, Zəfər günü yetişmişdi. Biz artıq bütün qəlbimizlə, ruhumuzla, varlığımızla buna hazır idik. Azərbaycanın oğulları ölməmişdi ki, Qarabağın taleyini bizim başımızı aldadan ATƏT, özünü çoxdan diskreditə etmiş Minsk qrupu bir 30 il də uzatsın, "Kazan variantı", "Madrid prinsipləri", "mərhələli həllər", ortada gedib-gələnlər və daha nə bilim nələr-kimlər yenə də öz işində olsun... Və elə ilk günlərdəcə azad etdiyimiz ərazilərdə qurduqları 10 kilometrlərlə uzanıb gedən, sonradan özlərinə kollektiv məzar olacaq istehkamları, tunelləri, bunkerləri gözümüzlə görəndə mənzərə tam aydın oldu. Şəhərlərdə şəhərlik, kəndlərdə kəndlik qalmamışdı. 27 il ərzində yorulmadan törətdikləri eko-terroru, daş-divarla, məzarlıqlarla etdikləri düşmənçiliyi yerində qiymətləndirdikcə bir daha anladıq ki, yalnız "ulu qüvvət" dediyimiz mədəniyyətlə bunlara qalib gələ bilməzdik! Bu 30 ildə bizə olunan vəhşət sübut elədi ki, bu biokütlə özgə dil bilmir! Yalnız özlərinin dünyada ən iyrənc dillərindən başqa! Sözün birbaşa və məcazi mənasında! Akademik N.Y.Marr yazır: "Erməni xalqı kimi, erməni dili də hibrid, calaq dildir". Etnogenezləri, dinləri kimi dilləri də dolaşıq, təcrid edilmiş, ayrıcadır. Məsələn, belə izah edək, qazanı qoyublar ortaya, bir az ondan qatıblar, bir az bundan... Bir az ondan oğurlayıblar, bir az bundan. Ona görə belə əcaib alınıblar...

Uşaqlar döyüş ərazilərinə baxıb məndən soruşurlar ki, niyə müharibə həmişə belə yerlərdə gedir? Dağlıq, düzənlik, səhra... Xaraba, həyat olmayan... Düşündüm. Doğrudan da... SSRİ-nin Əfqanıstanda apardığı, 10 il davam edən müharibəni xatırladım. Mücahidlər, "duşmanlar"... Bütün savaş alanları bir-birinə bənzəyir. O günə qoyublar oraları... Daşı daş üstə qalmayıb. Yollar, cığırlar itib.

Bizi gözləri götürmür... Müasir erməni ədəbiyyatının banisi Xaçatur Abovyan "Ermənistanın yaraları" kitabında açıq-aydın yazırdı: "Türkcəni görüm lənətə gəlsin. Nə edək ki, bu dil Allah dərgahında xeyir-dua alıb. Onların dili bizim millətin ağzına o qədər dadlı gəlmişdir ki, toylarda və şənliklərdə türkcə oxuyuruq, bizim dilin ən azı 50 faizi türk sözləridir" (Mən də həmişə düşünürdüm ki, onlar bizim dili nədən belə yaxşı bilirlər və asan öyrənirlər? Özlərinin dili tikanlı, dığır-dığır, qulağı deşən, çətin mənimsəniləndir. Yəni bunu biz demirik... Öz qaynaqları deyir). Dil erməni şərqşünaslarının, türkoloqlarının, ədəbiyyatşünasların yaralı yeridir. Necə desinlər ki, Dəmirçiyan, Çaxmaqçıyan erməni familidir. Nə inkar edə bilirlər, nə qəbullana... Onlarınkı qılıncdır! Daha doğrusu, "Bayraqdar"dır, "Harop"dur!

Necə də düz deyib Mustafa Kamal Atatürk: "Vətənin müdafiəsində gərəyindən artıq mərhəmət Vətənə xəyanətdir". Rəhmimizdən, mərhəmətimizdən o ki var yararlandılar nankor qonşular. Tək Vətənə yox, elə vətəndaşa da asi olub qənim kəsildilər. "Namərdin yalvarışı "mənə aman ver, gör sənə neyləyərəm" deməkdir". Biz xalq kimi hamıya, birinci növbədə özümüzə sübut etdik ki, adımız canımızdan qabaqdır. İlahi, itirdiklərimizi görmüşdük, qaytardıqlarımızı da gördük.

Görəsən, bir xalq olaraq nə vaxt bu qədər sevinmişdik? Bilmirəm... Hər şey bir günün içində dəyişdi... Əlbəttə, mənim kimi siyasətdən uzaq, sıravi vətəndaşlar üçün... Axı Paşinyanın sonradan başlarına bəla olacaq məşhur halayına baxanda "niyə Şuşanı vurmuruq?" deyən insanlarımız pərdəarxasından, orada görülən möhtəşəm işlərimizdən xəbərsiz idilər!)

İşğalçılar özlərini elə inandırmışdılar Qarabağın daha onların olmağına, son 30 ildə bizim torpaqlarda törəyənlər yazırdı ki, "biz Qarabağın sahibi deyilik, biz Arsax uşaqlarıyıq". O qədər arxayınlaşmışdılar, cənnət məkanlarımızda elə yer-yataq salmışdılar ki, bir gün qəfildən əks-həmləyə keçəcəyimiz ağıllarına belə gəlmirdi. Özü də onlar "hücum olarsa, Ağdam tərəfdən olar", - deyə düşünürdülər, ona görə tank əleyhinə müdafiəni əsas orada möhkəmlətmişdilər. Biz də onları bu düşüncədə möhkəmlətmişdik. Sağı göstərib solu vurmaq kimi. Burada Silahlı Qüvvələrimizin ən gizli xüsusi bölməsi olan "Yarasa"nın düşmənin arxa cəbhəsində göstərdiyi fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Erməni hərbçiləri həm də arxayın idilər ki, əgər bir gün, işdi-şayət, Azərbaycan torpaqlarını qaytarmaq niyyətinə düşsə, ancaq tank hərəkət edə bilən yerlərdə irəliləyə bilər. Ərazinin dağlıq, relyefinin sərt olduğunu nəzərə alsaq, bu proqnoz bizim üçün tam perspektivsiz idi. Xüsusi günlərdə nümayiş etdirdiyimiz hərbi texnikanı isə qardaş Türkiyəninki sayır və özümüzü göstərmək üçün müvəqqəti gətirdiyimizi düşünürdülər. Hərbdə düşməni layiqincə qiymətləndirməmək ən böyük taktiki səhv hesab edilir və nəticəsi də göz qabağındadır. Erməni rəsmiləri də "biz azərbaycanlılara lağ edib güləndə onlar dronlarla döyüşməyi öyrənirmişlər", - deyə etiraf etməyə məcbur oldular. Biz işğalçını həm də psixologiyasını bildiyimiz, qələbə eyforiyasından gicəllənən başında ağıl qalmadığını anladığımız üçün üstələdik. Birdən-birə onlara cəmi Qarabağın sərvətinin üz verməsinə baxmayaraq, bu 27 ildə bir addım da irəli gedə bilməmişdilər. 7 yox, 27 ilin bac-xəracını ələ keçirmişdilər. O qədər var-dövlətimiz daşınmışdı Ermənistana. Hanı bəs? Nələri artıb? Haram mal belədir, xeyir gətirməz Qarabağ onlar üçün tükəndi, 30 il qabaq tapdıqları xəzinə əllərindən çıxdı, yığdıqları əridi. Xəcalət, borc isə qaldı. Ermənistan bu gün də əlini dünyaya açıb dilənməklə dolanan ölkədir.

Uzaqgörənlik ayrı şeydir. Döyüşü udmaq, özünü qalib hiss etmək - hələ zəfər çalmaq demək deyil. Ortada kapitulyasiya yoxdursa, qələbə heç kimindir. Bir var hissə qapanmaq, bir də var, belə - məntiqlə mülahizə yürütmək, hərəkət etmək! Möhkəmlənmək, Allahın başımızdan tökdüyü ruzini düzgün dəyərləndirmək, silahlanmaq! Bizim üçün inkişaf, onlar üçün tənəzzül dövrü elə onda başladı...

Düşmənlərimiz bir yana, Azərbaycanın fəal dostu Maksim Şevçenko da, güman ki, bizi istədiyindən, "ölkəmizin müasir müharibə aparmaq iqtidarında olmadığını" proqnozlaşdırırdı: "Azərbaycan büllur vazadır, intensiv döyüşlərə bir həftədən artıq tab gətirə bilməz". Amma Azərbaycan dünyanı lərzəyə gətirən 44 gündə sübut etdi ki, 30 ili boş-boşuna, işğalçı tərəf kimi zarımaqla keçirməyib, əlbəyaxa döyüşdə düşmənini dişi ilə parçalayan qəhrəman oğullar yetirib.

Səbrimizin sınağı Qələbə ilə nəticələndi!

Erməni diasporunun əsas sütunlarından biri də, çox heyif ki, Türkiyədədir. Hamısı da "yan"ı xalis türk soyadına dəyişib, böyük vəzifələrə sahibləniblər. Bizimkiləri sıxışdırmaqla, gözdən salıb işdən uzaqlaşdırmağa çalışmaqla məşğuldurlar. Saman altından su yeridirlər. Özü də tək Türkiyədə, Azərbaycanda deyil, elə Gürcüstanda, lap elə Avropada da  əksərən öz adları ilə yaşamırlar. Əcnəbi soyadlarla, ən müxtəlif  pasportlarla. Türkdən qorxurlar! Bütün dünyada bizə qarşı mitinq, piket keçirdilər, gör Türkiyədə səsləri çıxdı? Qardaşımız od qoyar onlara! Türkiyənin bizə qardaş deməyi cızdaqlarını çıxarır. Açıq-açığına deyirlər ki, kaş bizə də belə canı yanan, qardaş deyən olaydı. Aramızı vurmağa çox çalışdılar. Aqillər "Heç vaxt "heç vaxt" demə" - deyirlər... Amma mən deyirəm! Münasibətimizdən, köklərimizdən, bağlarımızdan o qədər əminəm yəni. Özü də biz onlar üçün Azərbaycan deyilik, Can Azərbaycanıq! Aramıza heç kim girə bilməz! Əti dırnaqdan ayırmaq olmaz! "Hərçənd bizə milliyyətçi deyirlər. Amma biz elə milliyyətçilərik ki, əməkdaşlıq edən bütün millətlərə hörmət edərik. Onların milliyyətlərinin bütün zərurətlərini tanıyarıq. Bizim milliyyətçiliyimiz hər halda xudbincə və məğrurca bir milliyyətçilik deyil" -  Mustafa Kamal türk milliyyətçiliyinə belə bir xasiyyətnamə vermişdi. Əməllərimiz də sözümüzü təsdiq edir.

 "Vətən üçün ölmək də var, fəqət borcun yaşamaqdır", Azərbaycan əsgəri!

Yaşasın Azərbaycan! Tanrı Türk dünyasını və onun gerçək dostlarını qorusun!

 





27.09.2023    çap et  çap et