525.Az
Salyanda məktəb yanıb
Salyan rayonunda məktəbdə yanğın baş verib.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Aşağı Kürkəndi kəndində ümumi sahəsi 1140 kv.m olan birmərtəbəli məktəbin dam örtuyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
18.08.2014
çap et