525.Az

Ukrayna: Rusiya İzmail limanını vurdu


 

Ukrayna: Rusiya İzmail limanını vurdu<b style="color:red"></b>

Rusiyanın gecə saatlarında Ukraynanın Odessa vilayətindəki İzmail limanını vurduğu açıqlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamaya görə, Rusiya gecə saatlarında “Şahed” tipli PUA-larla Ukrayna ərazisinə hücum edib.

Rusiya ordusunun cənub-şərq istiqamətindən 38 PUA-nı havaya qaldırdığı qeyd edilən açıqlamada: “26 “Şahed” PUA-sı Ukrayna müdafiə qüvvələrimiz tərəfindən məhv edilib”, - deyilib 

Malik Atilay

 





27.09.2023    çap et  çap et