525.Az

Cəbhəyanı rayonlardakı internet problemi aradan qaldırılıb - Yenilənib


 

Cəbhəyanı rayonlardakı internet problemi aradan qaldırılıb - <b style="color:red">Yenilənib</b>

Azərbaycanın cəbhəyanı Tərtər və Ağdam rayonlarının internet təchizatında yaranan problem aradan qaldırılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, adıçəkilən rayonların internetlə təchizatı təxminən 15:00 radələrində tam bərpa olunub.
 
Zədələnən internet xətləri yeniləri ilə əvəzləndikdən sonra problem həllini tapıb.
 
Hazırda rayonlardakı bankların da fəaliyyətindəki çətinlik aradan qalxıb və maliyyə qurumları əhaliyə xidməti bərpa edib.
 

*** 13:04

Bu gün səhər saatlarından etibarən Tərtər və Ağdamın internetlə təchizatında problemlər yaranıb.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, səhər 10:00-dan etibarən Tərtər və Ağdamda internet tamamilə kəsilib.
 
Problem bankların fəaliyyətinə ciddi təsir edib. Belə ki, internet kəsildiyindən banklarda əməliyyatlar aparmaq mümkün deyil.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov “APA-Economics”ə bildirib ki, Tərtər istiqamətində qazıntı işləri aparılarkən internet xətləri zədələnib.
 
“Aldığımız məlumata görə, Tərtər rayonunun dörd yol deyilən ərazisində yerli qaz idarəsi tərəfindən aparılan qazıntı işləri zamanı fiber optik xətlər zədələnib. Nəticədə Tərtər və Ağdamın bir hissəsində internet kəsilib. Nazirliyin qəza briqadası hadisə yerində çalışır”, - deyə M. Əmirov bildirib.
 
O əlavə edib ki, təxminən bir saat ərzində adıçəkilən rayonların internetlə təchizatı bərpa olunacaq.

 





18.08.2014    çap et  çap et