525.Az

Azərbaycan bu il Türkiyəyə 7 milyard kubmetrdən çox qaz nəql edib


 

Azərbaycan bu il Türkiyəyə 7 milyard kubmetrdən çox qaz nəql edib<b style="color:red"></b>

Bu ilin əvvəlindən indiyə qədər Azərbaycandan Türkiyəyə 7,4 milyard kubmetr təbii qaz nəql edilib.

525.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər bu rəqəmin 10,2 milyard kubmetr olması nəzərdə tutulur.

"Bu il Türkiyəyə nəql edilmiş "mavi yanacağ"ın 4,2 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə çatdırılıb. Ümumilikdə bu günə qədər TANAP-la 24 milyard kubmetr qaz ixrac edilib",- deyə nazir qeyd edib ("Report").

 





29.09.2023    çap et  çap et