525.Az

“Ötən 22 ildə Azərbaycan-Koreya əməkdaşlığının inkişafının şahidi olmuşuq”


 

Müsahibimiz Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn iki ölkə arasında münasibətlərin hazırkı durumu, perspektivləri barədə danışıb.

“Ötən 22 ildə Azərbaycan-Koreya əməkdaşlığının inkişafının şahidi olmuşuq”<b style="color:red"></b>

Cənab səfir, Azərbaycan Koreya arasında ikitərəfli əlaqələri necə qiymətləndirirsiniz?

– 1991-ci ildən 1997-ci ilə qədər həm Seulda Xarici İşlər Nazirliyində, həm də Moskvada – ölkəmizin Rusiyadakı səfirliyində çalışarkən regional istiqamət üzrə Azərbaycanla əlaqələrə cavabdeh olmuşam. Həmin dövrdə Azərbaycana mənəvi cəhətdən bağlılıq hiss etməyə başlamışdım təbii olaraq, Azərbaycana səfir təyin olunmağımı məmnunluqla qarşıladım. Ölkələrimiz arasında əlaqələrin tarixinin nisbətən qısa olmasına baxmayaraq, ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün böyük potensial var. Bu baxımdan inanırdım ki, səfir olaraq digər ölkələrlə müqayisədə Azərbaycanda daha mühüm rol oynaya bilərəm

Ötən 22 ildə ölkələrimiz arasında əməkdaşlığın diqqətəlayiq inkişafının şahidi olmuşuq. Azərbaycanla Koreyanın iqtisadi əməkdaşlığı ikitərəfli ticarət dövriyyəsinin artımı ilə birgə rəvan şəkildə inkişaf edir. Koreya öz inkişaf təcrübəsini Azərbaycanla bölüşür ölkəmizin şirkətləri burada biznes fəaliyyəti ilə məşğul olmağa böyük maraq göstərirlər. Bundan əlavə, mədəniyyət mübadiləsi fəal şəkildə inkişaf edir

Koreya-Azərbaycan əlaqələri xüsusilə dövlət başçılarının 2006 və 2007-ci illərdə həyata keçirilmiş səfərləri ilə daha da möhkəmlənib. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün yenidən Koreyaya səfər edib. Dostluq ittifaqımız çoxşaxəli yollarla ildən-ilə daha da güclənir. Mövcud əlaqələrimizin daha da yüksək mərhələlərə irəliləməsi üçün əlimdən gələni əsirgəmirəm

– Ölkəmizə gələnə qədər onun tarixi, mədəniyyəti, müasir durumu haqqında məlumatınız vardımı?

– Səfir təyin olunduqdan sonra ölkəniz haqqında əldə etdiyim bilikləri yeniləmək məqsədilə Azərbaycanın tarixi, siyasəti, iqtisadiyyatı, mədəniyyəti və s. haqqında kitablar oxumağa başladım. Oxuduğum kitablar arasında Koreyanın Azərbaycanda işləmiş ilk səfiri cənab Lyunun qələmə aldığı kitab çox faydalı oldu. Həmin kitabda Azərbaycan koreyalı diplomatın baxışından təsvir olunur. O, kitabında Azərbaycanın tarixi, mədəniyyəti haqqında məlumatlar verir, bəzən adətləri müqayisə edir, bəzən iki ölkənin mədəniyyətləri arasındakı oxşarlıqları izah edir

– Mədəniyyət sahəsi daxil olmaqla ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu dediniz. Bu əlaqələri inkişaf etdirmək üçün daha nələr etmək lazımdır

– Mənə elə gəlir ki, ölkələr arasındakı əlaqələr xalqların yaxşı anlaşmasına əsaslandığı təqdirdə sürətli və rəvan şəkildə inkişaf edir. Bu baxımdan qarşılıqlı anlaşmanı inkişaf etdirmək üçün əsas vasitələrdən biri mədəniyyət mübadiləsidir. Səfirlik bu məqsədlə layihələr, mədəni tədbirlər həyata keçirir, hökumətimiz Azərbaycan universitetlərinə Koreya dili müəllimləri göndərir. Bundan əlavə, hazırda koreyalı arxeoloqlar Qəbələ rayonu ərazisindəki tarixi ərazidə arxeoloji qazıntılar aparırlar. Xüsusilə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ölkələrimiz arasında mədəni əlaqələrə mühüm töhfə verir. Səfirliyimiz bu təşkilat ilə sıx əməkdaşlıq edir. Misal üçün, ötən il səfirlik SEBA AssosiasiyasıXoşməramlı xeyriyyəadlı koreyalı musiqi qrupunun konsertini birgə təşkil etmişdir

– Səfirlik olaraq mədəni əməkdaşlıqla bağlı hansı layihələriniz var?

– Səfirliyimiz Koreya və Azərbaycan xalqları arasındakı mənəvi məsafəni azaltmağa kömək edə biləcək tədbirlər təşkil edir. Bu tədbirlərdə Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olan Koreya şirkətləri iştirak edir. Bu il iyunun 1-, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə səfirlik Yevlax şəhərində məskunlaşmış məcburi köçkün şagirdləri üçünUşaqlar sülh istəyirmövzusunda inşa-yazı rəsm müsabiqəsi təşkil etmişdir. Səfirliyin Koreya şirkətlərinin əməkdaşları şagirdlərlə birgə maraqlı vaxt keçirdilər birgə nahar etdilər. Belə tədbirlər iki mədəniyyətin yaxşı anlaşılması üçün gözəl imkandır. İl ərzində bu qəbildən daha iki tədbir keçirməyi nəzərdə tuturuq

– İki ölkə arasında turizm sahəsində əməkdaşlıq haqqında nə deyə bilərsiniz? Bu sahədə perspektivləri necə görürsünüz

– Azərbaycanın bir çox rayonlarına səfər etmişəm və ölkənizin turizmin inkişafı üçün böyük potensiala malik olduğunu deyə bilərəm. Bu təsəvvürüm may ayında, Xarici İşlər Mədəniyyət Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə Quba-Qusar rayonlarına diplomatik missiya nümayəndələrinin səfəri zamanı daha da gücləndi. İkigünlük səfər bizə yalnız rayonların gözəl mənzərələri ilə deyil, eyni zamanda bu ərazilərə turistlərin cəlb olunması üçün yaradılmış mükəmməl infrastruktur ilə tanış olmaq imkanı verdi. Qusardakı turizm kompleksi həqiqətən çox gözəl təəssürat yaratdı. Orada yayda dağa çıxma, qışda isə xizək sürmə digər idman növləri ilə məşğul olmaq olar. İki ölkə arasında turizm sahəsinin inkişafı üçün hökumət səviyyəsində saziş anlaşma memorandumunun imzalanması faydalı olardı.

Regionlara səfərinizdən bəhs etdiniz. Azərbaycanın hansı bölgələrində olmusunuz?

– Qəbələ, Şəki, Quba, Gəncə, Göyçay, Tovuz, Yevlax rayonlarına, Naxçıvana səfər etmişəm. Bu yerlərdə landşaftın müxtəlifliyi gözəlliyi məni heyran etdi. Qəbələni çox bəyənirəm onun təbiəti mənə doğulduğum şəhəri xatırladır. Şəki şəhəri gözəl mənzərəsi tarixi məkanları ilə heyranedicidir. Tovuzda dağların füsunkar mənzərəsi, Yevlaxda isə Kür çayı onun kənarındakı bulvar məndə xoş təəssürat yaratdı.

Pərvanə
 





18.08.2014    çap et  çap et