Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Bu barədə 525.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 29-da Rusiya Federasiyasının Tula şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.
xxx
Sentyabrın 29-da Rusiyanın Tula şəhərində MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb.
525.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə quruma üzv 8 ölkənin uyğun qurumlarının, o cümlədən Azərbaycan və Ermənistanın Müdafiə nazirliklərinin rəhbərləri də iştirak edirlər.