525.Az

Sabunçuda park yanır


 

Sabunçuda park yanır<b style="color:red"></b> Bakının Sabunçu rayonu ərazisində yerləşən parklardan birində yanğın başlayıb.

Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, metronun "Neftçilər" stansiyasından Bakıxanov qəsəbəsinə gedən yolun kənarında, Sabunçu rayon İcra Hakimiyyəti və doğum evinin yaxınlığındakı parkda ağaclar yanmağa başlayıb. Xeyli ağacı bürüyən yanğını söndürmək üçün 3 yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.
 
Sabunçu rayon Yanğından Mühafizə Hissəsindən Lent.az-a bildirilib ki, alov 60 kvadrat metr sahəni əhatə edir və yanğının söndürülməsi üçün tədbirlər görülür.
 





18.08.2014    çap et  çap et