Azərbaycan BMT nümayəndələrini Qarabağ bölgəsinə dəvət edib.
525.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" sosial hesabında qeyd edib.
"Səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında Dayanıqlı İnkişaf üzrə BMT-Azərbaycan Əməkdaşlıq Çərçivəsinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək", - paylaşımda bildirilir.