525.Az

Möhtəşəm tarixi abidə, təkrarsız memarlıq incisi, misilsiz mədəni irs nümunəsi


 

Möhtəşəm tarixi abidə, təkrarsız memarlıq incisi, misilsiz mədəni irs nümunəsi <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Qız qalası Bakının tarixi tikililəri arasında ən möhtəşəm əzəmətli memarlıq abidələrindən biri sayılır. Uzaq keçmişdə inşa edilməsinə baxmayaraq, onun heyrətamiz zahiri forması, tərtibatı proporsiyalarının uyarlığı əsas gözəllik estetik meyarlara tam uyğundur. Bunu dəyərləndirmək dərk etmək üçün peşəkar tarixçi ya memar olmaq gərək deyil. Qız qalasının hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının qalınlığı isə 5 metr təşkil edir. Tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan kontrforsla tamamlanan silindrik formaya uyğundur. Qalanın səkkiz mərtəbəsi bir-birindən daş döşəmələrlə ayrılır. Onlar tikilinin  divarının cənub-şərq hissəsində qurulmuş pilləkənlə birləşir.

Bir çox tədqiqatçılar Qız qalasının ilkin olaraq dini məqsədlərlə ucaldıldığını, dini mərasimlərin keçirildiyi bir ibadətgah kimi istifadə olunduğunu qeyd edirlər. Onların fikrincə, bu, vaxtilə günəşə sitayiş edən yerli sakinlərin inanc ayinləri ilə bağlı olub. Qız qalasının  quruluşu da öz-özlüyündə tikilidən dini məqsədlər üçün istifadə olunması fikrini daha çox əsaslandırır. Belə ki, qalanın yuxarıdan görünüşü od, işıq günəşin rəmzi olan qədim zamanlardan etibarən Azərbaycanda geniş yayılmış simvollardan biri sayılan butaya bənzəyir. Bundan başqa, tikilinin yuxarı dörd pəncərəsinin yerləşməsi quruluşu 22 dekabr qış gündönümündə günəş şüalarının birbaşa qalanın içərisinə daxil olmasını təmin edir. Ehtimallara görə ilin ən qısa günü sayılan həmin tarixdə kahinlər günəşin öz gücünü bərpa etmək onun dövrünü yenidən hərəkətə gətirmək məqsədi ilə qalada ayinlər keçirirdilər.

Qız qalasının inşa təyinatına dair alim tədqiqatçılar uzun illərdir ki, ümumi fikrə gələ bilmir bu məsələ sirr olaraq qalmaqdadır. Bakı buxtasının mərkəzində yerləşməsi, hündürlüyü, divarlarının qalınlığı, mühafizə olunan giriş hissəsi bəzi digər məqamlar Qız qalasının müdafiə məqsədli bir tikili fərziyyəsinin irəli sürülməsinə əsas verir. Bu fikrə əsaslanaraq, bəzi tədqiqatçılar Qız qalasının Şirvanşahlar sülaləsinin hökmdarları tərəfindən XII yüzillikdə, şəhərin qala divarları ilə eyni vaxtda ucaldıldığını bildirirlər. Eyni zamanda, qalanın  struktur quruluşunun hörgü texnikasının V-VI əsrlərdə Azərbaycan ərazisində  tikilən istehkamlara oxşarlığı bu tikilinin həmin dövrdə ucadılması fərziyyəsini irəli sürməyə imkan verir.

 Bu fərziyyəyə şübhə ilə yanaşanlar Qız qalasında müdafiə tikililəri üçün səciyyəvi sayılan bəzi elementlərin olmadığını vurğulayırlar. Belə ki, 1960- illərdə aparılan bərpadan öncə qalanın içərisində mərtəbələr olmamışdır. Burada sadəcə üst platformayadək uzanan boşluq mövcud idi. Həmin boşluq habelə pəncərələrin düzülüş qaydası ümumən abidənin strukturu onun önəmli dini ya ayin mahiyyətli bir tikili ola biləcəyini ehtimal etmək üçün zəmin yaradır. Bu  istiqamətdə aparılan elmi araşdırmalar isə onun e.ə. VIII əsrdə oda günəşə sitayiş edən yerli tayfalar  tərəfindən ucaldığını güman etməyə əsas verir.

Qız qalasının Günəşin illik dövranını qədim insanlar üçün bəzi önəmli göy cisimlərini müşahidə etmək imkanı verdiyi üçün bir qrup alimin həmin abidənin  qədim rəsədxana kimi istifadə olunması fərziyyəsində israrlı olmasına əsas verir. Daha bir fərziyyəyə görə, abidənin günümüzədək  gəlib çatmamış ya köklü dəyişikliklərə məruz qalmış ilkin strukturu  e.ə. IV-III minilliklərdə ucaldıla bilərdi.

 Hal-hazırda tədqiqat araşdırmalar davam etməkdədir. Hər bir fərziyyənin tərəfdarları yeni-yeni dəlillər irəli sürürlər. Şübhəsiz, bütün bunlar abidənin önəmini artıraraq ona dair bilik məlumatları daha da zənginləşdirir.

Əsrlər ötdükcə Qız qalası həm təbii , həm fiziki amillərin təsirinə məruz qalmış, zaman keçdikcə zədələnib. Bu səbəbdən tikili üzərində vaxtaşırı bərpa yenidənqurma işləri aparılıb. Bütün bunlara baxmayaraq bu əzəmətli abidə tarixin olayları sınaq imtahanlarını uğurla qət edərək günümüzə öz ilkin görkəmini struktur quruluşunu çatdıra bilib. Həmin bərpa işlərinin natamamlığı qeyri-mükəmməl üsullarla aparılması səbəbindən struktur  fəsadındakı daşların tamlığı dayanıqlığı təmin olunmayıb, nəticədə bir müddət sonra abidə ciddi təhlükə ilə üzləşib.

Abidənin ümumdünya əhəmiyyətini nəzərə alaraq, onun qorunub saxlanması mövcud görkəminin gələcək nəsillərə olduğu kimi çatdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2009-2013- illərdə Qız qalasında konservasiya işləri həyata keçirilib.

Bu layihə çərçivəsində görülən işlərin başlıca məqsədi tikilinin zahiri görünüşündə xələl gətirmədən təbii dağılma prosesinin insan amilinin  abidəyə əsrlərlə vurduqları ziyanı aradan qaldırmaq olub. İşlər Avropanın aparıcı bərpaçıları tərəfindən yerli mütəxəssislərin cəlb olunması ilə yerinə yetirilib. Elmi araşdırmalarla müşayiət olunan bu layihə çağdaş texnologiya materiallardan istifadə etməklə xüsusi həssaslıqla həyata keçirilib.

Qız qalasının konservasiya layihəsinin gerçəkləşməsi həmçinin Heydər Əliyev Fondunun dəstəyi nəticəsində mümkün olub. Özünün çoxşaxəli fəaliyyətində milli-mədəni dəyərlərin qorunması təbliğində böyük önəm verən Fond ekoloji məsələlərin həllinə xüsusi diqqət yetirir. Abidənin konversiyası prosesində onun daşları arasındakı boşluqlarda yuva salan uzunqanad köçəri quşlar üçün alternativ yuvaların qurulması təşəbbüsü məhz Fondun adı ilə bağlıdır. Bu təşəbbüs çərçivəsində xüsusi hazırlanmış yuvalara abidə ilə üzbəüz olan binada qurulmuşdur. Qalanın özünə gəldikdə isə ona ziyan yetirməmək şərti ilə burada 150- qədər yuva saxlanılıb. Uzunqanad quşlarının qorunması məqsədini daşıyan sözügedən layihənin uğurla gerçəkləşməsi tarix boyu bu məkanda formalaşmış ekoloji balansın qorunub saxlanmasını təmin edib.

Gün ərzində Qız qalasına yerli əhali ilə yanaşı turistlər gəlirlər. Təxmini rəqəmlərə görə, bir gündə qalaya 300-500 arası ziyarətçi baş çəkir. Qala həftə arasından daha çox şənbə bazar günləri ziyarətçiləri qəbul edir.

Vəfa MƏMMƏDLİ

 





18.08.2014    çap et  çap et