Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da çıxış etdiyi "Yurqorden" bu gün İsveç çempionatında 25-ci tur oyununa çıxıb.
525.az xəbər verir ki, komanda "Halmstads"ı qəbul edib. Matç "Yurqorden"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
M.Qurbanlı sözügedən görüşdə meydana start heyətdə çıxıb. O, sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Yurqorden" hazırda turnir cədvəlində 43 xalla 4-cü, "Halmstads" 29 xalla 11-cidir. Siyahıya 52 xalla (24 oyun) "Malmö" liderlik edir.
30 sentyabr
17:00. "Yurqorden" - "Halmstads" - 1:0
Qol: Berqvell, 82