525.Az

Kürdəmirdə gözdən əlil şəxsi qatar vurub


 

Kürdəmirdə gözdən əlil şəxsi qatar vurub<b style="color:red"></b>

Kürdəmir sakinini qatar vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax dəmiryol xəttinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.
 
Rayonun Xırdapay kənd sakini, 1962-ci il təvəllüdlü gözdən əlil Ağaməmməd Ağa oğlu Məmmədov dəmiryol xəttindən keçərkən onu qatar vurub.
 
Hadisə yerində bir qolunu itirən A. Məmmədov təcili Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Xəstəxanadan APA-ya verilən məlumata görə yaralıya ilkin yardım göstərilib , lakin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
 
Faktla bağlı araşdırma aparılır.

 





18.08.2014    çap et  çap et