525.Az

Qəbələdə iki maşın toqquşdu - Yaralı var


 

Qəbələdə iki maşın toqquşdu - <b style="color:red">Yaralı var</b>

Qəbələ rayonunun Aydınqışlaq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

525.az xəbər verir ki, Seymur Zamanovun idarə etdiyi VAZ-2107 və Əmrah Qasımovun idarə etdiyi QAZ-53 markall avtomobillər toqquşub.

Nəticədə VAZ-ın sürücüsü xəsarət alıb. Sərnişini Yevlax rayon sakini Fərman Səfərov aldığı xəsarətlərdən ölüb.

Məlumatı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan təsdiq ediblər və bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.

 





01.10.2023    çap et  çap et