525.Az

İkili standart: atan kazaklardır...


 

İkili standart: atan kazaklardır... <b style="color:red"></b>

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Azərbaycanın haqlı mövqeyi indiyədək Avropa Şurası, BMT, Avropa Birliyi, ATƏT, NATO, İƏT, GUAM digər beynəlxalq təşkilatlarda da dəstəklənib. 2010-cu il noyabrın 19-20- Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi suverenliyi dəstəklənib, münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinin vacibliyi vurğulanıb. Avropa Parlamenti tərəfindən qəbul edilənAvropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacıadlı qətnamədə Dağlıq Qarabağ, eləcə onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiqlənib.  Qətnamədə, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın məcburi köçkünlərin tezliklə daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunub.

Sual yaranır: xarici borc asılılığı getdikcə artan, sosial-iqtisadi uçurumun astanasında dayanan Ermənistan Azərbaycanın 20 faiz torpağını illərlə işğal altında necə saxlaya bilir?

Bu suala cavab tapmaq üçün əvvəlcə Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyasında öz ifadəsini tapan bir məqama diqqət yetirək. Sözügedən ölkənin  Xarici İşlər Nazirliyinin rəsmi saytında (“www.mid.ru, 18 fevral 2013) müasir dünyada baş verən geosiyasi dəyişmələrə toxunulmaqla yanaşı, Azərbaycana da münasibət bildirilir. Burada vurğulanır ki, Rusiya MDB məkanındakı münaqişələrin siyasi-diplomatik həlli üçün fəal rol oynamağa, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Rusiya, Fransa ABŞ prezidentləri tərəfindən 2009-2011-ci illərdə verilmiş birgə bəyanatlarda əksini tapan prinsiplər əsasında həllinə dəstək verməyə davam edəcək. Düzdür, ilk baxışda adama elə gəlir ki, Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb bir prosesdə Moskva beynəlxalq səviyyədə barışdırıcı, inteqrasiyaya xidmət edən siyasət yeridir. Əslində isə vəziyyət tamamilə fərqlidir, reallığın necə olması hamımızın gözü önündədir. Bu barədə ətraflı danışmaq üçün əvvəlcə bir məqama diqqət yetirək. Prezident Vladimir Putin hazırda nəinki Cənubi Qafqazda, o cümlədən bütün postsovet məkanında Rusiyanın nüfuzunu bərpa etmək istəyir. SSRİ-nin varisi sayılan Rusiya uzun illər keçmiş İttifaqa daxil olan respublikalarla ciddi əməkdaşlıq edib öz qlobal siyasətini onlar üzərindən həyata keçirib. Sözügedən dövlətlər müstəqil olandan sonra, Rusiyanın beynəlxalq aləmə həmin ölkələr üzərindən təsir imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Hazırda Rusiya soyuq müharibə dönəmindəki nüfuzunu qaytarmaq üçün müxtəlif vasitələrə əl atır. Həmin vasitələrdən ən önəmlisi postsovet ölkələrini, necə deyərlər, öz təsir dairəsinə salmaqdır. Rusiya bunu reallaşdırmaq üçün müxtəlif qurumlar yaratmağa postsovet ölkələrini bu qurumlardan asılı vəziyyətə gətirməyə cəhd göstərir. Bununla da adı çəkilən imperiyapərəst dövlət keçmiş İttifaq respublikaları üzərindəki, əgər belə demək mümkündürsə, ağalığını bərpa etməyə, imperiya siyasətini inadkarlıqla gerçəkləşdirməyə çalışır. Amma unudulmamalıdır ki, bugünün reallığı tam fərqlidir. Belə ki, əvvəla Rusiya iqtisadi cəhətdən o qədər güclü dövlət deyil ki,  Gömrük Avrasiya İttifaqına cəlb olunan ölkələrə yüksək texnologiyalar rəqabətqabiliyyətli  iqtisadiyyatbəxş edəbilsin. İqtisadiyyat demokratik, şəffaf idarəetməyə əsaslanır. Bu isə Rusiya üçün hələlik yad məfhumlardır. Ümumiyyətlə, bu dövlətin fəaliyyətində hazırda siyasi plürealizm, açıq iqtisadi islahatlara meyil nəzərə çarpır. Konkret Azərbaycana gəldikdə, fikrimizcə, bizi Avrasiya, Gömrük İttifaqı xilas edə bilməz. Azərbaycan, hətta bu qurumlara daxil olsa belə, Rusiya bu ittifaqlar daxilində Azərbaycan Ermənistana bərabər münasibət sərgiləməyəcək. Rusiya hər zaman Azərbaycana qərəzli münasibət bəsləyib ermənilərə dəstək verib. İndiyədək olduğu kimi, bundan sonra da Rusiyanın Azərbaycana münasibəti Ermənistana olansevgisindənfərqlənəcək. Tarix bunu dönə-dönə sübut edib. Ona  görə Avrasiya İttifaqı ya Gömrük İttifaqna daxil olmaqla rəsmi Bakının Rusiyanın təzyiqini neytrallaşdıra biləcəyi, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətin bərpa ediləcəyi fikri sadəlövhlükdən başqa bir şey deyil.

Rusiyanın Azərbaycana, eləcə digər keçmiş İttifaq respublikalarına münasibətdə yeritdiyi siyasətinalt qatınaqısaca nəzər salaq. Gizli deyil ki, artıq Belarus Ermənistan Rusiyanın təsir dairəsindədir. Türkmənistan, Tacikistan, Qırğızıstan Qazaxıstanla qurduğu təması, əməkdaşlığı da elə səviyyədədir ki, adları çəkilən respublikalarla bağlı siyasətini istənilən səmtə yönəldə bilir. Yalnız bu istəyini Azərbaycan üzərində reallaşdırmağa çətinlik çəkir. Azərbaycanın müstəqil siyasət yürütməsi buna mane olur, bir çox hallarda isə onu  qıcıqlandırır. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etməsi, eləcə beynəlxalq müstəvidə nüfuzunun artması inkarolunmaz reallıqdır. Azərbaycan  bölgədə söz sahibidirTəbii ki, Azərbaycanın müstəqil siyasət yürütməsi müəyyən dairələri narahat edir bu səbəbdən ölkəmiz üçün problemlər yaratmağa çalışırlar. Amma təbii ki, öz məqsədlərinə nail ola bilmirlər.

Gizli deyil ki, Rusiya, eləcə bir sıra Avropa dövlətləri Dağlıq Qarabağ probleminin həll ediləcəyi təqdirdə  Azərbaycanın daha da güclü olacağından Güney Qafqazda əsrlərlə davam edən geosiyasi ədalətsizliyin bərpa olacağından narahatdırlar. Odur ki, Azərbaycan geosiyasi nüfuzunun yüksəldiyi dünya siyasətində çəkisinin artdığı bir zamanda Dağlıq Qarabağ məsələsinin həllinə bilərəkdən laqeyd yanaşılır, ikili standartlarla münasibət bəslənilir. Məsələn, Rusiya Azərbaycanla Ermənistan prezidentlərinin görüşünü təşkil etməyin təşəbbüskarı kimi çıxış edir, digər tərəfdən, reallaşan bu görüşlərdə işğalçı Ermənistanın, necə deyərlər, astarı üzündən betər günahını malalayır. Məhz bu amili nəzərdə tutan Prezident İlham Əliyev çıxışlarının birində demişdi: “Əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır.

...Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. Sual olunur üçün? vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? üçün qondarmaDağlıq Qarabağ respublikasının rəhbərləri sanksiyalardan əziyyət çəkmir? üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarmaDağlıq Qarabağ respublikasınınrəhbərlərini öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onlarınrəhbərlərini Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar oradanümayəndəlikləraçırlar, gedib-gəlirlər. üçün? Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir”.

Bəli, bu gün biz yenə onun şahidiyik ki, Ermənistan Rusiyanın himayədarlığına arxalanaraq sadəcə, vaxt uzatmaqla məşğuldur. hərb, sülh vəziyyətini saxlamaq istəyir beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər.

Rusiyanın apardığı siyasətin əsl mahiyyətini düşmən Ermənistanda da yaxşı bilirlər. Bu ölkənin  Azad demokratlarpartiyasının rəhbəri Xaçatur Kokobelyanın fikrincə,  onun vətəndaşı olduğu respublikanın xarici siyasəti bir dövlətdənRusiyadan  asılıdır. “Tert.amın müxbiri ilə söhbətində partiya rəhbəri bildirib ki, bədbəxtlikdən uzun illərdir ki, Ermənistanın xarici siyasəti Rusiyanın xarici siyasətinin tərkib hissəsini təşkil edir.

X.Kokobelyan qeyd edib ki, Ermənistan bütün səviyyələrdə səmərəsiz siyasət həyata keçirir. O, bəzi dairələrin Gömrük İttifaqı ilə bağlı apardığı təbliğatın da səhv olduğunu bildirib. X. Kokobelyanın fikrincə, hakimiyyətə yaxın bəzi dairələr cəmiyyətə qəsdən belə informasiya buraxırlar ki, Ermənistan Rusiyanın müəllifi olduğu Gömrük İttifaqına üzv olarsa, iqtisadi cəhətdən udacaq. Həmçinin Rusiyanın satdığı qazın qiyməti aşağı düşəcək, təqaüdlər yüksələcək... Ola bilsin ki, müstəqilliyimizin əvəzində bizə çoxlu pul versinlər. Amma bunun əvəzində biz itiririk?.. Bu ideyaya dəstək verənlər bu ya digər şəkildə Rusiyanın təsir dairəsində olan şəxslərdir. Amma bizim gündəmimizdə Avropa olmalıdır. Mən ürəkdən əminəm ki, əgər Avropa yolunu seçməsək, Ermənistan çox çətin vəziyyətə düşəcək...

Rusiyalı politoloq, Vladimir Putininyeni SSRİadlandırılan Avrasiya İttifaqı layihəsinin baş təbliğatçısı olan Aleksandr Duqinin mətbuatdakı fikirlərinə diqqət yetirməklə həm Rusiyanın Azərbaycana münasibətini, ikili standartla yanaşdığını da aydın görə bilərik. A.Duqin Ermənistanın “1in.amsaytına müsahibəsində deyib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün qarantı Rusiyadır. Qarabağın qarantı da Rusiyadır. Əgər təsəvvür etsəniz ki, Rusiya bu funskiyanı üzərindən götürür, o zaman Ermənistanın Qarabağın ərazi bütövlüyü qarantiya altında olmayacaq. Təbii ki, Rusiya ilə qonşu olan ölkələr öz ərazi bütövlüklərini ancaq Rusiya ilə xeyirxah qonşuluq münasibətləri hesabına saxlaya bilərlər. Yəni ya neytral, ya sıx münasibətlər lazımdır. Əgər postsovet məkanında oturub antirusiya siyasəti aparsanız, o zaman ərazi bütövlüyünüz şübhə altına düşmüş olacaq. Mən bunu nəzərdə tuturdum. Bunu ermənilərə, azərbaycanlılara, gürcülərə, moldovanlara, ukraynalılara çox demişəm. 15 ildir bunu deyirəm. Bu fakt Cənubi Osetiyada, Abxaziyada, Dnestryanında, Krımda, həmçinin Qarabağda sübut olundu. Qarabağ ona görə bu gün ermənilərdədir ki, onlar Rusiya ilə dil tapdılar.

A.Duqin başqa bir fikrilə Rusiyanın üzünügöstərir: ”...Qarabağın müstəqilliyini tanımamaqla Rusiya Azərbaycanla diplomatik münasibətləri inkişaf etdirmək imkanlarını saxlayır. Azərbaycan ciddi regional ölkədir, Rusiya ilə bir çox tarixi, iqtisadi, geosiyasi əlaqələrlə bağlıdır. Qarabağı tanımamaqla Rusiya bu əlaqələri saxlayır. Bununla Rusiya göstərir ki, münaqişə tərəfi deyil Qarabağın de-yure Azərbaycan ərazisi olsa da Ermənistana məxsus olduğunu qəbul edir. Bununla da Rusiya de-fakto Ermənistanı dəstəkləyir de-yure Azərbaycanla razılaşır...”.

Bəli, Ermənistan o gücə sahib deyil ki, Azərbaycanın 20 faiz ərazisini 20 ildən çox bir müddətdə işğal altında saxlasın. Bu gün düşmən dövlətin güclü ordusu, güclü iqtisadiyyatı var. Əhalinin dilənçi vəziyyəti, korrupsiya, xaos Ermənistanı daxildən dağılmaq təhlükəsilə üzləşdirib. Bunu Ermənistanda da etiraf edirlər. Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Artunyan “168 Jamqəzetinə müsahibəsində bildirib ki, Rusiya Ermənistanı, Ermənistan isə Dağlıq Qarabağı müdafiə edir. Qarabağ Ermənistansız heç nəyə qadir deyil. Ermənistan isə Rusiyanın hesabına buna qadirdir.

Bütün bu deyilənlərdən sonra belə bir sual yaranır: Dünyanın ən ali beynəlxalq orqanıBMT-nin Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə , işğalçı dövlətə niyə təzyiq göstərilmir?

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyasında çıxışında  bu məqama toxunaraq deyib: ”Ermənistanı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin təcavüzkar dövlətə təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etməməsidir. Ərazi milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar sivil tənzimləmə presedentləri mövcud olsa da, həmsədrlər ötən müddətdəErmənistan Azərbaycanın siyasi razılığa gəlməsikimi bir mövqeyi önə çəkirlər. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır...”.

Bəli, çox təəssüf ki, indiyədək bu istiqamətdə hər hansı bir addımın atıldığının şahidi olmamışıq. Avropa Birliyi Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vasitəçi kimi tanısa da, Rusiyanın  bu məsələdə Ermənistanla birlikdə tərəf olması kimi danılmaz faktının üstündən sükutla keçilir...

 





18.08.2014    çap et  çap et