525.Az

Meşə yanğınları: Səbəblər və fəsadlar


 

Meşə yanğınları: Səbəblər və fəsadlar<b style="color:red"></b>

Azərbaycan Respublikasının təbiəti füsunkar rəngarəngdir. Təbii sərvətlərimizin qorunub gələcək nəslə çatdırılması ümumdövlət əhəmiyyətli kimi həmişə diqqət mərkəzindədir. Elə buna görə ölkə vətəndaşlarının sağlam təmiz ətraf mühitdə yaşaması bu mühitin qorunmasında yaxından iştirak etməsi hüququ Konstitusiyamızda da təsbit olunur.

Dünyanın hər yerindən ölkəmizə turistlər gəlir. İstirahət zamanı məişət tullantıları təyinatsız ərazilərə atılır, ətraf mühit çirklənir. İlk növbədə içməli su mənbələri, yol kənarları, kənd təsərrüfatı üçün yararlı torpaqlar, dövlət meşə fondu digər ərazilər ziyan çəkir.

İstər ictimai istirahət obyektlərində, istərsə fərdi mənzillərdə yaşayan vətəndaşların gündəlik fəaliyyəti zamanı məişət tullantılarının təyinatsız yerlərə atılmasına yol verməmək üçün hamımızdan obyektiv ictimai nəzarətin həyata keçirilməsi tələb olunur. Axı, təbii sərvətlərin kompleks şəkildə mühafizə olunmasında onların gələcək nəslə çatdırılmasında ictimaiyyətin rolu əvəzsizdir. Ona görə bu ümumxalq əhəmiyyətli məsələdə hamınızın yaxından iştirak etməsi zəruridir. Sizin ictimai nəzarətiniz baş verə biləcək hər hansı bir ekoloji problemin qarşısının vaxtında alınmasında mühüm rol oynayacaq.

Meşə yanğınları təbii sərvətlərə ətraf mühitə böyük zərər vurur. Meşə yanğınlarının baş verməsi təhlükəsinin qarşısını almaq üçün ilk növbədə geniş təbliğat işlərinə ehtiyac duyulur. İnsanlar kiçik yaşlarından ümumxalq sərvəti olan meşələrin qorunmasına rəğbət bəsləmək, təbiəti, o cümlədən, meşəni sevmək ruhunda tərbiyə olunmalıdırlar. Meşədə həmişə odla ehtiyalı olmalı meşə yanğını baş verərsə, onun qarşısını almaq üçün meşə işçilərinə kömək edilməlidir. Xüsusilə yanğın təhlükəsi artan quraqlıq aylarda təbliğat təşviqat işləri güclənməlidir. Meşə ərazisi olan rayonlarda  yaşayan əhali meşə ilə əlaqəsi olanlar meşə yanğınlarının əmələ gəlməsi səbəblərini söndürmək üsullarını bilməlidir. Meşə yanğınları əsas etibarı ilə insan tərəfindən törədilir. Bunlardan meşədə ocağı yana-yana qoyub getməyi, siqareti söndürməmiş tullamağı, ovçu tüfəngindən atılan güllədən əmələ gələn yanğını s. göstərmək olar. Meşə yanğınları ildırımla da törənə bilər. Yanğın ən çox  meşədə odla ehtiyatsız davranmaqdan törənir. Meşədə çoxlu miqdarda qurumuş ağacların, tör-töküntülərin olması baş vermiş yanğının güclənməsinə şərait yaradır.  Böyük meşə sahələrində baş verəcək yanğın başqa sahələrə keçməsin deyə əlavə yollar açılır. Ən çox yanğın təhlükəsi kütləvi istirahət sahələrində yaranır. Belə sahələrdə qalamaq üçün xüsusi yerlər düzəldilir. Metroloji səbəblərdən yanğın təhlükəsi artan vaxtlarda xəbərdarlıq məqsədilə mütəmadi olaraq kütləvi informasiya vasitələrindən istifadə edilməlidir.

Məlum olduğu kimi, bürkülü yay günləri davam edir. Belə isti havalarda meşələrdə yanğınların baş verməsinə heç kimdə şübhə ola bilməz. Əlbəttə, meşələrimizi yanğından qorumaq təkcə meşə gözətçilərinin işi deyil. Təbii sərvətimizin yanğından mühafizəsində hamımız bir nəfər kimi yaxından iştirak etməliyik. Yəni xatırladırıq ki, meşədə olarkən oddan istifadə etmək, sönməmiş siqaret kötüklərini yerə atmaq ya kibrit çəkib siqaret yandırmaq qəti qadağandır. Eyni zamanda baş vermiş yanğını dərhal söndürmək üçün sizin köməkliyinizə böyük ehtiyac var. Həmçinin meşələrdə, istirahət mərkəzlərində dincələn turistlərin, qonaqların bəzi ehtiyatsız hərəkətləri ictimai nəzarətə götürülməli, istirahət obyektlərinin rəhbərləri tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar onlarla söhbətlər aparılmalıdır.

Son vaxtlar ölkə ərazisində havaların çox isti quraq keçməsi, həmçinin taxıl biçini mövsumunun başlanması ilə əlaqədar yanğın təhlükəsi arta bilər.

Bununla əlaqədar Ekologiya Təbii Sərvətlər Nazirliyi bir daha şəhər rayon rəhbərliklərindən, bələdiyyələrdən meşə kolluqların qorunması, eyni zamanda, gələcəkdə baş verə biləcək yanğın hadisələrinin, habelə digər ekoloji fəlakətlərin qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edir.

Yanğın zamanı alçaq boylu ağaclar kollar, cücərtilər məhv olur. Hündürboylu ağacların gövdə budaqları qovrulduğu üçün ümumi inkişafları yavaşıyır.

Məlumat üçün onu da əlavə edirik ki, bitki qalıqlarının vaxtaşırı müntəzəm yandırılması nəticəsində torpaq üzvü maddələrdən məhrum olur. Yanğın zamanı həm yerin üstündə altında yaşayan heyvanlar, mikroorqanizmlər məhv olur. Təşviqat vasitələri olaraq ərazinizdə, yol ətrafındaOdla ehtiyatlı olun  , “Söndürülməmiş papirosu yerə atmayın”, “Meşəni oddan  qoruyun s. şüarlar yazılmış lövhələrin asılması həm vacib, həm məqsədyönlü olardı.

Ekologiya Təbii Srəvətlər Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabnetinin 21 avqust 1995-ci il tarixli 188 saylıAzərbaycan Respublikası Meşə Fondunun Qorunması Tədbirləri haqqındaqərarına əsasən mülkiyyətində meşə kolluqları olan bütün hüquqi fiziki şəxsləri meşə fondu ilə həmsərhəd zonasında taxıl biçini digər mövsümü işlərlərlə əlaqədar odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə   Azərbaycan xalqının milli sərvətləri olan meşələrimizi, torpaqlarımızı qorumağa çağırırıq.

Açığını deyək ki, yerli idarəetmə qurumu olan bələdiyyələr çox vaxt öz hüquq səlahiyyətlərindən sui-istifadə edirlər. Onlar öz maraqlarının əsirinə çevrilərək ərazilərini genişləndirmək məqsədilə kol-kosları təmizləmək üçün.   Bəzən əkin-biçindən sonra torpaqları yandırırlar. Torpaqlar  ildən-ilə məsuldarlıqdan  düşür nəticə etibarilə erroziyaya uğrayır. Bələdiyyə ərazisində baş verən yanğınlar yaxınlığdakı meşə parkların ərazisinə yayılır böyük fəlakətə səbəb olur.

Dünyada baş verən iqlim dəyişiklikləri, anomal istilər ətraf mühitin dəyişməsinə, atmosferin nəfəsinindaralmasına  gətirib çıxarır.

 Yer kürəsində iqlimin ekoloji xəritəsinin dəyişməsi qloballaşması yeni əsrin ən ciddi təhlükəli problemidir. Qlobal istiləşmə  istilik effekti XX əsrdə texniki tərəqqinin atmosferdə yaratdığı ən faciəli, dəhşətli hadisə kimi dəyərləndirilməlidir. Atmosferdə insan orqanizmi üçün zərərli qazların hallogenlərin miqdarının artması nəticəsində havanın temperaturunun normadan çox olması qlobal istiləşmə istilik effekti törədir, nəticədə quraqlıq, səhralaşma kimi ekoloji böhranlar yaranır. İstilik effekti əsasən  karbon qazının təsirindən əmələ gəlir. Daş kömür, neft onun məhsulları, qaz s. yanacaqlardan istifadə olunması nəticəsində ildə atmosferə 20 milyard ton karbon qazı qarışır. Bu, atmosferdə istilik effekti yaradır qlobal iqlim dəyişikliklərini daha da yüksəldir. Əvvəlki yüz ilə nisbətən son on-on iki ildə havanın istiləşmə sürəti 3 dəfə çoxalıb.

İstiləşmə hər yerdə eyni sürətlə baş vermir. Tropik qurşaqlara nisbətən Rusiyada istiləşmə daha sürətlə gedir. Son yüz ildə orta illik temperaturun Şərqi Sibirdə 3, Rusiyanın Şimali Avropa hissəsində, Yakutiyada Arktika sahillərinə qədər olan ərazidə isə 2-3 dərəcə artması göstərilir. Bu halda Rusiyada, ABŞ-da, Avropanın bir sıra ölkələrində meşə yanğınları baş verir.

Belə yanğınlar adətən, yüz hektarlarla sahəni əhatə edir, şəhərlərə, kəndlərə qədər gəlib çıxır. Bu halda yanğını söndürmək üçün ordu qüvvələri,  yüksək texniki parametrləri olan texnika, təyyarələr, helikopterlər hərəkətə gətirilir.

10 yanğının 9-u odla ehtiyatsız davranışdan ya meşədə istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. İsinmək, xörək bişirmək üçün qalanmış tonqalların ocaqların meşəni tərk  edərkən tam söndürülməməsi yanğınlara səbəb olur.

Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar nəticəsində yanğın törənə bilir.

Meşələrə sürtkü yağı, benzin, neft, dizel yanacağı s. tez alışan mayelərə bulaşmış əsgi digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor digər daxiliyanma mühərriki aqreqatlarının yanacaqla doldurulması,  eləcə onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yolverilməzdir.

Son vaxtlar  ölkəmiz keçirilən tədbirlərin çoxuna ev sahibliyi edir. Xüsusilə, turist zonası kimi gənclərin uşaq təşkilatlarının istirahəti, maraqlı tədbirləri, yay düşərgələri burada keçirilir. Belə tədbirlər zamanı lazım gələndə meşədə tonqal yandırılması yalnız Meşə Mühafizəsi Bərpası Müəssisəsinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə təşkil oluna bilər. Tullantıların yandırılması da bütün hallarda həmin təşkilatla razılaşdırılmalıdır.

Yeri gəlmişkən deməliyik ki, tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl edilməlidir. Tonqal heç bir halda ağacın altında (xüsusən bulaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri quru ot olan ərazidə od qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq yaxud köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdır. Bunun üçün ilk növbədə  ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədəmüvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün bel vasitəsilə çala qazılmalıdır.

Tonqal heç zaman nəzarətsiz qalmamalıdır. Ehtiyatda olan yanacaq məhsulu tonqaldan 3-5 metr aralıda saxlanmalıdır. Tonqalı yandırarkən küləyin gücü istiqaməti nəzərə alınmalıdır. Ərazini tərk edən zaman tonqalı tam söndürməli, üzərinə su atmalı, sonra isə torpaqla örtülməlidir.

Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə tədbir olaraq 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərindən təmizlənməli, ərazidə yerləşdirilən hər hansı tikintinin ətrafı 15 metr radiusunda şumlanmalı ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. İnsanlar bilməlidir ki, onlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Bunları nəzərə alaraq meşə yanğınları zamanı birinci növbədə insanlar kənd təsərrüfatı heyvanları təhlükəli zonadan çıxarılmalı, yanğın yerinə giriş məhdudlaşdırılmalı,  yanğın sondürülməklə təhlükəsizlik təmin edilməlidir. Yanğın ərazisində  işləyənlər xüsusi geyimlər, kaskalar, tüstü əleyhinə maskalar, əleyhqazlardan istifadə etməlidirlər.

Meşələrin yanğın təhlükəsizliyini təmin etmək üçün  bu məqsədlə bütün qüvvələr səfərbərliyə alınmalıdır. Axı əlimizdə böyük bir sərvət vardır bu, bəşəriyyətin sağlamlığına, cismani rahatlığına, ruhən dincəlməsinə xidmət edir. Hər ağac ciyərlərimiz üçün əvəzsiz olan oksigen ixrac edir. Bütövlükdə,  bağ, park, xiyaban, meşə isə oksigen ümmanıdır. Bizi əhatə edən təbiət həm xoş əhvali-ruhiyyəmiz, yüksək  ovqatımızdır. Ovqatımızın yüksəkliyi üçün təbiətə, meşəyə, ağaca qayğıkeş olmalıyıq. Bunun üçün təbiəti qorumalı, onun harayına səs verməliyik.

Bəli, meşələri yanğından qorumaq hamımızın ümdə vəzifəsi, insanlıq borcumuz, amalımız olmalıdır. Bu məqsədlə əhatəli təbliğat işi aparılmalıdır. Bunun üçün əyani vasitələr əhəmiyyətlidir. Əhali arasında təbliğat işi aparmaqla yanaşı plakatlardan, reklam işlərindən geniş istifadə etmək olar. Həmçinin Ekologiya Təbbi Sərvətlər Nazirliyinin elektron xidmətlərindən istifadə etmək zəruridir. Çünki hər bir vətəndaş bu xidmətdən ekoloji maariflənmə baxımından faydalana bilər.

Hər birinizin bizimlə həmrəy olmağınız vacibdir.  Ümid edirik ki, Sizinlə bölüşdüyümüz fikirləri səmimi qəbul edəcək doğma yurdumuzun əvəzsiz təbiətinin qorunmasında  köməyinizi əsirgəməyəcəksiniz.

 





18.08.2014    çap et  çap et