525.Az

Messi intiqam ala biləcəkmi?


 

Messi intiqam ala biləcəkmi?<b style="color:red"></b>

DÇ-2014-ün finalçıları Almaniya və Argentina milliləri yenidən qarşılaşacaq.

Qol.Az-ın Almaniya Futbol Federiyasının saytına istinadən yaydığı xəbərə görə, bu komandalar Düsseldorfda keçiriləcək hazırlıq matçında görüşəcəklər.  Oyun sentyabrın 3-ü yerli vaxtla saat 20:45-də başlayacaq. Argentinanın DÇ-2014-dəki heyəti ilə Almaniyaya gedəcəyi bildirilib.

Qeyd edək ki, Almaniya millisi DÇ-2014-ün finalında Argentinaya 1:0 hesabı ilə qalib gələrək dünya kubokunun sahibi olub.

 





18.08.2014    çap et  çap et