525.Az

Smartfon bazarının 20 yaşı tamam oldu


 

Smartfon bazarının 20 yaşı tamam oldu<b style="color:red"></b> 16 avqust 1994-cü il tarixində ABŞ-da “IBM Simon Personal Communicator” yığcam qurğusunun satışına başlanılıb.
 
Lent.az-ın “ICTnews”a istinadən verdiyi xəbərə görə, bu cihaz özündə mobil telefon, peycer, cib fərdi kompüteri və faks funksiyalarını birləşdirib, ölçüləri 20,3 x 6,4 x 3,8 sm, çəkisi təxminən 500 qram olub.
 
Klavişlə idarəetmə olmayıb, sensor ekranda stilusun köməyi ilə idarə olunub. Aparatın avtonom iş vaxtı 1 saata yaxın olub. Cihaz 1 MB əməli yaddaş və 16 MHs takt tezlikli “Vadem” prosessoru ilə təchiz olunub.
 
2 ildə 50 min “IBM Simon Personal Communicator” satılıb. Dünyanın ilk smartfonunun pərakəndə qiyməti 900 dollar olub. “Simon” layihəsi smartfon bazarının inkişafına öz töhfəsini verib.

1996-cı ildə “Nokia” şirkəti “QWERTY” klaviatura və daxili veb-brauzerlə təchiz edilmiş birinci smartfonunu buraxıb.
 





19.08.2014    çap et  çap et