525.Az

Valyuta hərracında bankların dollar tələbi 54 milyonu ötüb


 

Valyuta hərracında bankların dollar tələbi 54 milyonu ötüb<b style="color:red"></b>

3 oktyabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

525.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 54.1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 84% çoxdur. Belə ki, 28 sentyabrda keçirilən valyuta hərracında banklar 29.4 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

 





03.10.2023    çap et  çap et