525.Az

Ukrayna ordusu Luqanskın mərkəzinədək irəliləyib


 

Ukrayna ordusu Luqanskın mərkəzinədək irəliləyib<b style="color:red"></b>

Antiterror Əməliyyat Qüvvələri Luqanska daxil olub, şəhərin separatçılardan təmizlənməsi istiqamətində əməliyyat keçirilir.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə ICTV telekanalının efirində Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin katibi Andrey Lısenko bildirib. Onun sözlərinə görə, Ukrayna ordusu  Donbasda əsas şəhərləri artıq mühasirəyə alıb. “Silahlılar daha aqressiv olublar, çünki terrorçular dərk etməyə başlayıb ki, onların artıq sonu çatıb”,  deyə Lısenko qeyd edib.
 
“Bizim bir neçə bölmələrimiz artıq Luqanskın mərkəzi hissəsinədək irəliləyib. Şəhərin küçələrində qızğın döyüşlər gedir”, deyə o əlavə edib.  

 





19.08.2014    çap et  çap et