|
|
|
|
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin oktyabrın 9-da Zaqatala şəhərində - Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
525.az nazirliyə istinadən xəbər verir ki, qəbul oktyabrın 16-da, saat 09:30-da Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olacaq.
Qəbula oktyabrın 13-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.