|
|
|
|
Oktyabrın 3-də Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupunun ilk iclası keçirilib.
DİM-in mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, iclasda imtahan proqramı və imtahan modelinə uyğun sınaq imtahanı variantı müzakirə edilib.
İclasda DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva işçi qrupunun üzvlərini iş planı ilə tanış edib. O qeyd edib ki, kimya fənnindən qəbul imtahanı proqramı sentyabr ayında DİM-in saytında yerləşdirilib. Beləliklə, abituriyentlər dərs ilinin əvvəlindən proqramın məzmunu və ədəbiyyat siyahısı ilə tanış ola bilərlər.
Daha sonra iclasda sınaq imtahanı variantının müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.
İşçi qrupunun növbəti iclası oktyabrın 10-da keçiriləcək.
Sevinc Qarayeva