|
|
|
|
Avstraliyanın Yeni Cənubi Uels ştatının yanğınsöndürmə xidməti bazar günü əyalətdə 85 yanğınsöndürmə əməliyyatı həyata keçirib.
525.az xəbər verir ki, baş verən yanğınlardan 46-sı söndürülüb, 39-nun söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğın təhlükəsi səbəbindən ştatda alov qalamağa qadağa qoyulub. Yanğınların iqlim dəyişikliyi və temperaturun artması səbəbindən çoxaldığı düşünülür.
Qeyd edək ki, ölkənin Yeni Cənubi Uels, Qərbi Avstraliya və Şimal Ərazi ştatlarında oktyabrın ilk həftəsində yüksək temperatur gözlənilir.
Məhəmməd Tağıyev