Avstriyanın Slovakiya ilə sərhədindəki Burqenland əyalətinin Klinqenbax şəhəri yaxınlığında 11-i uşaq olmaqla 37 qeyri-qanuni immiqrantın yük maşınının çarpayısında yaxalandığı bildirilib.
525.az xəbər verir ki, Burgenland polisindən verilən açıqlamada ölkəyə qeyri-qanuni yollarla daxil olan 37 immiqrantın Klinqenbax qəsəbə sərhəd keçid məntəqəsində saxlanılan yük maşınının çarpayısında tutulduğu bildirilib.
Açıqlamada 11-i uşaq olmaqla, immiqrantlardan 4-nün nəfəs darlığı yaşadığı və bu şəxslərin yaxınlıqdakı xəstəxanalara aparıldığı deyilib.
Qeyd edək ki, yaxalananların artıq polis bölməsində olduğu, yük maşını sürücüsünün isə saxlanıldığı bildirilib.
Məhəmməd Tağıyev