|
|
|
|
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə bir araya gəlib.
525.az xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell sosial media platformasında açıqlamasında ilk dəfə olaraq Aİ xarici işlər nazirlərini üzv olmayan ölkələrdən birində topladığını bildirib.
Borrell: "Ukraynanın gələcəyi Aİ-dədi", - mesajını paylaşıb. Qeyri-rəsmi görüşün girişində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransı keçirən Borrell, nazirlərin müharibə ilə bağlı son vəziyyəti və Ukraynaya verilən dəstəyi müzakirə edəcəklərini bildirib.
Borrell bütün üzv ölkələrin nazirlərinin Kiyevdə toplaşaraq Ukraynanı dəstəklədiyini vurğulayıb.
Məhəmməd Tağıyev