Koronavirus peyvəndlərinin hazırlanmasında əməyi olan macar Katalin Kariko və amerikalı Drew Vaysman 2023-cü il tibb üzrə Nobel mükafatını qazanıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçdəki Karolinska İnstitutunda keçirilən mətbuat konfransında biokimyaçı Kariko və immunoloq Vaysmanın “COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan yaradan nükleozid bazası modifikasiyalarının kəşflərinə” görə 2023-cü il Tibb üzrə Nobel Mükafatını qazandıqları açıqlanıb.
Malik Atilay