İndoneziyanın paytaxtı Cakarta ilə Bandunq şəhərini birləşdirən Cənub-Şərqi Asiyanın ilk yüksək sürətli qatar xətti açılıb.
525.az “The Jakarta Post” qəzetinin xəbərinə əsasən bildirir ki, prezident Coko Vidodo “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Çinlə ortaq şəkildə istifadəyə verilən Cakarta-Bandung YSQ xəttini açıb.
Vidodo açılış mərasimində qatarın adını çıxardığı səsdən ilhamlanaraq “Whoosh” qoyduqlarını bildirib.
Qatarın çata biləcəyi ən yüksək sürətin saatda 350 kilometr olduğunu bildirən Vidodo, layihəni "ekoloji cəhətdən təmiz ictimai nəqliyyatın modernləşdirilməsi" olaraq xarakterizə edib.
Əsasən Çin tərəfindən maliyyələşdirilən və dəyəri 7,3 milyard dollar olan bu xətt paytaxt Cakarta ilə Bandunq şəhərini 142 kilometrlik dəmir yolu ilə birləşdirir.
Qeyd edək ki, 2015-ci ildə tikintisinə başlanan Cənub-Şərqi Asiyanın ilk YSQ layihəsinin 75 faizi Çin İnkişaf Bankının krediti hesabına maliyyələşdirilib.
Malik Atilay