İtaliyanın Lampeduza adasından Siciliya adasına gedən gəmidə yanğın baş verib, 27 ekipaj üzvü və 83 immiqrant olmaqla ümumilikdə 177 nəfər sahil mühafizəsi tərəfindən xilas edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, cənubi Avropa ölkəsi İtaliyanın Lampeduza adasından Siciliyadakı Porto Empedokl şəhərinə gedən gəminin idarəetmə otağında yanğın baş verib.
Alovun yüksəldiyi gəmidən təxliyə prosesinə başlayan sahil mühafizə qrupu, 27-si ekipaj üzvü olmaqla ümumilikdə 177 nəfəri xilas edib.
Sərnişinlər arasında Lampeduzadan göndərilən 83 immiqrantın olduğu bildirilib.
Qeyd edək ki, Lampeduza ölkənin müxtəlif bölgələrindəki qəbul mərkəzlərinə göndərilməzdən əvvəl Aralıq dənizini qayıqla keçməyi bacaran bir çox miqrantın məkanı kimi tanınır.
Malik Atilay