525.Az

Azərbaycan qeyri-neft ixracını 11 faiz artırıb


 

Azərbaycan qeyri-neft ixracını 11 faiz artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 434,32 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

525.az-a bu barədə  İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.

 





04.10.2023    çap et  çap et