525.Az

Polis Şöbəsində ölüm faktı qeydə alınıb


 

Polis Şöbəsində ölüm faktı qeydə alınıb<b style="color:red"></b>

Sabirabad Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

APA-nın məlumatına görə, şöbədə saxlanılan 61 yaşlı Məhərrəm Abbasov qəfildən dünyasını dəyişib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında faktı təsdiqləyib. Bildirib ki, Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilən şəxs qismində Polis Şöbəsinin Müvəqqəti Saxlanma Yerində saxlanılan, 1953-cü il təvəllüdlü Məhərrəm Abbasovun səhhəti kəskin pisləşib.

Kəskin ürək ağrıları ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M. Abbasov infarktdan dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.

 





19.08.2014    çap et  çap et