525.Az

"Azərbaycan sivilizasiyaya öz töhfəsini verməkdə davam edir" - Emin Həsənli


 

"Azərbaycan sivilizasiyaya öz töhfəsini verməkdə davam edir" <b style="color:red"> - Emin Həsənli</b>

"Düz 50 il bundan öncə, Ulu öndərin zamanında belə bir konfrans Bakıda keçirilmişdi. Ulu Öndərin  100 illitində belə bir konfransın Azərbaycanda keçirilməsi böyük bir hadisədir".

525.az xəbər verir ki, bu fikriləri Herbiand.az-a “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli deyib

Emin Həsənli Azərbaycan prezidenti İlham Əliyevin konfransda çıxışına diqqət çəkib: “Cənab Prezident konfransda çıxış edərək, Azərbaycan kosmik ailə üzv olduğunu bildirdi. Artıq 10 ildir ki, Azərbaycan peyki olan ölkələr sırasındadır. Hazırda 45  ölkə Azərbaycanın üç peykindən istifadə edir. Bu 3 peyki  məhz azərbaycanlı mütəxəssislər idarə edir. Azərbaycan sivilizasiyaya öz töhfəsini verməkdə davam edir”.

Birlik sədri İlahm Əliyevin dünyada sülhün bərqərar olması üçün görülən işlər barədə dediklərini də yada salıb: "Cənab Prezident çıxışında qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrlərdə dünyada sülhün və ədalətin bərpasına töhfəsini verib. Ədalətin qurulmasına görə, BMT dən sonra ikinci ən böyük təşkilat Qoşulmama Hərəkatıdır”.

Emin Həsənli Azərbaycanda keçirilən beynəlxalq konfransların ölkəmizin dünya bvirliyində tutduğu yeri göstərdiyini bildirib: “Ölkəmiz qısa zamanda çox böyük nəticələr əldə edib , region və dünya üçün ən əhəmiyyətli dövlətlərdən birinə çevrilib. Dünyada sivilizasiyalararası, mədəniyyətlərarası dialoq, elm və texnikanın inkişafı baxımından sülhün,tərəqqinin əldə edilməsi Azərbaycan hər zaman bəşəriyyətə öz töhfələrini verir və bunun üçün zəruri, lazımi addımlar atır”.

 





04.10.2023    çap et  çap et