525.Az

İmişlidə “Mercedes"lə traktor toqquşub - iki nəfər ölüb


 

İmişlidə “Mercedes"lə traktor toqquşub<b style="color:red"> - iki nəfər ölüb</b>

İmişlidə “Mercedes"lə traktor toqquşub, iki nəfər ölüb.

525.az xəbər verir ki, ölümlə nəticələnən yol qəza hadisəsi ötən gün axşam saatlarında İmişli-Biləsuvar avtomobil yolunda, İmişli rayonunun Çaxırlı kəndində qeydə alınıb.

Araz Kazımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə traktor toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb, sərnişini Çingiz Ağayev isə hadisə yerində ölüb.

Xəsarət alan Araz Kazımov İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, gecə saatlarında orada ölüb.

Faktla bağlı araşdırma aparılır (APA).

 





04.10.2023    çap et  çap et