Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohansson Avropada ifrat sağçı qrupların getdikcə daha çox terror təhlükəsi yaratdığını bildirib.
525.az xəbər verir ki, bundan sonra hər il keçirilməsi planlaşdırılan Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə Forumunun birincisi Brüsseldə Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü Yohanssonun ev sahibliyi ilə keçirilib.
Yohansson açılış nitqində terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizənin bütün dünya üzrə tərəfdaşlarla işləməyi tələb edən proses olduğunu vurğulayıb.
Qeyd edək ki, Yohansson: "İfrat sağçı, zorakı ekstremistlər pul toplayır, rok konsertləri keçirir, gün işığında mal satırlar", - deyib.
Məhəmməd Tağıyev