ABŞ-də Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının (UAW) ölkədəki 3 avtomobil istehsalçısına qarşı başlatdığı tətilin dəyərinin ilk 2 həftədə 4 milyard dollara yaxınlaşdığı bildirilib.
525.az xəbər verir ki, Miçiqanda yerləşən iqtisadi konsaltinq şirkəti "Anderson Economic Group" (AEG), UAW işçilərinin "General Motors" (GM), "Ford Motor" və "Stellantis"ə qarşı təşkil etdiyi "Stand Up" tətilinin son təhlilini paylaşıb.
AEG-nin açıqlamasında tətilin ilk 2 həftədə təxminən 4 milyard dollar iqtisadi itki ilə nəticələndiyi təxmin edildiyi ifadə edilərək, bunun 325 milyon dollar birbaşa əmək haqqı, 1,12 milyard dollar istehsalçı, 2,4 milyard dollar tədarükçü itkisindən ibarət olduğu bildirilib.
Açıqlamada tətilin üçüncü həftəsinə girdiyi 29 sentyabrdan sonra zavodun bağlanması, tətillərin genişləndirilməsi və ya işdən çıxarılmaların bu rəqəmlərə daxil olmadığı vurğulanıb.
Məhəmməd Tağıyev