|
|
|
|
Kiyev Ukrayna Silahlı Qüvvələrinin əks-hücum sürətinin azalmasının qarşısını almaq üçün gəncləri xidmətə daha fəal cəlb etməlidir.
525.az xəbər verir ki, bu təklifi Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles “The Daily Telegraph” qəzetinin köşə yazısında edib.
“Britaniyanın 1939 və 1941-ci illərdə etdiyi kimi, bəlkə də Ukraynadakı səfərbərliyin miqyasına yenidən baxmağın vaxtı çatıb”, - deyə o qeyd edib. Böyük Britaniya Müdafiə Nazirliyinin keçmiş rəhbəri onu da qeyd edib ki, cəbhədəki ukraynalı əsgərlərin orta yaşı 40-ı ötür.
Qeyd edək ki, bundan əvvəl Ali Radanın Müdafiə Komitəsinin katibi Roman Kostenko etiraf edib ki, Ukrayna Rusiya qoşunlarının güc və vasitələrinin sayına cavab vermək üçün səfərbərlik tədbirlərini gücləndirməli olacaq. Onun sözlərinə görə, bu tədbir Rusiyanın hərbi resurslarını artırdığı üçün zəruridir.
Havar Şəfiyeva