Yunanıstanda bir kooperativə məxsus 37 ton zeytun yağı oğurlanıb.
525.az yunan mətbuatında çıxan xəbərlərə əsasən bildirir ki, Halkidiki bölgəsində fəaliyyət göstərən bir kooperativin anbarından 37 ton zeytun yağı oğurlanıb.
Zərərin 370 min avrodan çox olduğu təxmin edilir.
Qeyd edək ki, bu il Yunanıstanda zeytun yağı istehsalında təxminən 40 faiz azalma gözlənilir. İtaliya və İspaniyada istehsalatın azalması səbəbindən bir kiloqram zeytun yağının satış qiymətinin 10 avroya çata biləcəyi proqnozlaşdırılır.
Malik Atilay