ABŞ Maliyyə Nazirliyi Çində 13 nəfər və 12 şirkəti, Kanadada isə 1 nəfər və 2 şirkəti fentanil istehsal edib satdıqlarını əsas gətirərək sanksiya siyahısına salıb.
525.az xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, Çin və Kanadada fentanil istehsal edib satan və fentanillə qarışdırılmış ksilazin kimi kimyəvi maddələrin qaçaqmalçılığı ilə məşğul olan 28 şəxs və şirkətə qarşı sanksiya tətbiq edilib.
ABŞ-nin Ədliyyə Naziri Merrik Qarland mövzu ilə bağlı açıqlamasında: "Bilirik ki, amerikalıların ölümünə səbəb olan bu qlobal fentanil tədarük zənciri çox vaxt Çindəki kimya şirkətlərindən başlayır", - deyib.
Ədliyyə Nazirliyi həmçinin Çində 8 başqa şirkətə və bu şirkətlərə bağlı 12 nəfərə qarşı qanunsuz fentanil istehsalı və satışı, opioid adlanan sintetik narkotik növlərinin yayılması kimi cinayətlərə görə 8 ittiham aktı açıqlayıb.
Məhəmməd Tağıyev